Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

McChip Mercedes-Benz SLS AMG-ni modernləşdirdi

Alman tüninq atelyesi “Mcchip” superkar “Mercedes-Benz SLS AMG” üçün yeni tüninq-proqram təqdim etdi. Standart konfiqurasiyada 6,2-litrlik atmosferli V8 mühərriki 571 a.g (420 kVt) və 650 Nm fırlanma anı verir.

Lakin tüninq-atelyenin mühəndisləri bu xarakteristikanı 706 a.g.-ə (519 kVt) və 793 Nm fırlanma anına qədər artıra bildirlər.

Kastomlu buraxma sistemi, idman kataliz konverterləri və mühərrik təminatının yenidən proqramlaşdırılması sayəsində bu göstəricilərə nail olunmuşdur. Yenilik paketi ümumilikdə 78999 avroya başa gələcək.

Gücün artırılması ilə yanaşı tüner 12999 avroya “KW” idman asması da təklif edir. əlavə 5999 avro ödəməklə avtomobili tutqun boz-qırmızı rəngə boyamaq olar.

“Mcchip” mətbuat xidməti məlumat verib ki, alıcılar azad şəkildə “SLS AMG”-nin modernləşdirmə dərəcəsinin seçə bilərlər. İşin görülməsinə isə maksimal olaraq 5-7 iş günü sərf ediləcək.

AUTO.AZ



Şərhlər


AD