Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Shelby tünerləri hetçbek Ford Focus-u tamamladılar

“Ford Mustang”-ın “yüklənmiş” variantları ilə məşhur olan “Shelby” şirkəti “Ford Focus” hetçbekinə – daha doğrusu onun “qaynar” ST ipostasına diqqət yetirdi. Detroyt sərgisində amerikalılar populyar hot-hetç üçün tamamlanma paketi təqdim etdilər.

Maraqlıdır ki, mühərrik gücləndirməsi üzrə böyük təcrübəsi olan “Şelbi”-də “Focus ST”-nin güc qurğusu ilə işləmədilər. Digər sistemlərin modifikasiyası ilə məhdudlaşdılar. Hetçbek, əsasən yeni eksteryer detalları – karbon kapot, yeni arxa spoyler və tamamlanmış radiator barmaqlığı əldə etdi.

Bundan başqa “Focus ST”-ni azaldılmış klirensi olan daha sərt asılqan, başqa təkər diskləri, daha güclü əyləc sistemi və “Borla” şirkətinin buraxılış sistemi ilə təchiz ediblər.

Yuxarıda göstərilənlərdən əlavə “Shelby”-də ban üçün bütöv spektr təşkilati yapışqan istehsal ediblər. Onların sayəsində alıcı avtomobili öz zövqünə görə bəzəyə bilər. Şirkət həmçinin interyer üçün bir sıra idman aksesuarları istehsal edib. Tünerlər öz işlərini 14 995 ABŞ dolları  dəyərində qiymətləndirirlər.

Bu da “Focus ST”-nin ABŞ-dakı qiymətinin təxminən yarısını təşkil edir. Detroytda təqdim olunan dəstlərdən yalnız 500-nü satmaq planlaşdırılır. “Shelby” şirkəti Detroytda daha bir iş – “Mustang GT500 Super Snake”-in ən güclü variantı üçün aerodinamik paket təqdim etdi. Paketə daxil olan təkər yarımhalqalarının genişləndiriciləri, təkərin arxa xəttini 13 düyməyə yaxın eni olan şinlərlə quraşdırmağa imkan verir.

AUTO.AZ



teqlər:
Ford, Ford Focus, Shelby 21.01.2013

Şərhlər


AD