Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner asması ilə Mercedes-Benz C63 AMG

“Vorsteiner” atelyesi sedan banında restaylinq olunmuş “Mercedes-Benz C63 AMG” variantının tüninq-paketini hazırlayıb. Əvvəl alman tünerləri sözügedən avtomobili kupe banı üzərində işləmişdilər, buna görə də ikiqapılı versiyadan sonra “yüklənmiş” avtomobilin dördqapılı versiyasının da əlavə işləməyə məruz qalması məntiqə uyğundur.

İdman sedanını yeni ban asması ilə təchiz etdilər. Əlavə pul ödəməklə onu bəzi aksesuarlar da quraşdırmaq olar. Qabaq bamperin aşağı splitteri, yan ətəklər və arxa bamperin üçqabırğalı diffuzoru avtomobilin xarici görünüşünə fərdilik verdi.

Asmanın bütün detalları banla kontrastlıq təşkil edən qara rəngə boyanıb, lakin müştərinin istəyinə uyğun olaraq onları karbondan da düzəltmək olar. “Yüklənmiş” sedanın banını qırmızı rəngə boyayıb, şüşələrini bir qədər tündləşdiriblər.

Təkər disklərini banın öz tonunda, onların millərini qara rəngdə, əyləc sisteminin supportlarını isə qırmızı rəngdə boyayıblar. “Vorsteiner” tüninq atelyesi “Mercedes-Benz C63 AMG”-nin salonu üçün də bəzi yeniliklər saxlayıb. Burada yeni xalılar və yeni işləmə variantı görmək olar.

AUTO.AZ



Şərhlər


AD