Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kabriolet Chevrolet Corvette-in ilk şəkilləri peyda oldu

Məşhur sportkarın yeni nəslinin Detroyt təqdimatına ehtiras soyumamış şəbəkədə müzakirəyə yeni mövzu çıxdı – “Chevrolet”-in heç üstünü də vurmadığı açıq modifikasiyanın ilk şəkilləri.

“Auto Insider” portalı tərəfindən nəşr edilən hər iki şəkil açıq damlı “Corvette”-i təsvir edir. İnsayderlərin məlumatına görə belə modifikasiya üstü açıq “Ferrari 458 Italia”-da tətbiq edilmiş yığıla bilən bərk dam ala bilərdi – “Italia Spider”-in alüminium damı üçün sərnişin oturacaqlarının arxa hissəsində xüsusi yer nəzərdə tutulub.

“Auto Insider” saytının müəllifləri iddia edirlər ki, şəkillər kompüter renderləri deyillər – yəni, onlarda heç bir dənə də piksel dəyişilməyib. Bununla belə “Chevrolet”-in kommunikasiya üzrə direktoru Maykl Albano “Jalopnik” portalına demişdir ki, nəşr edilmiş şəkillər yeni nəsil “Chevrolet Corvette”-in deyil. Bəzi məlumatlara görə bu Amerika fiması “Maisto”-nun buraxmağa hazırlaşdığı iri həcmli modelin eskizləridir.

Hər halda yeddinci nəsil “Corvette Convertible” 2014-cü ildən tez meydana gəlməyəcək. Üstü açıq “Korvetin” əvvəlki nəsli 430-güclü V8-lə təchiz edilir və ABŞ-da 54600 dollaradır. Yeddinci nəsil kupenin satışı bu ilin 3-cü kvartalında başlamalıdır.

AUTO.AZ



Şərhlər


AD