Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen hibrid krossoverin prototipini təqdim etdi

Detroyt avtosalonu “Volkswagen”-dən yeni konseptual krossover üçün təqdimat yeri oldu. Yenilik altıyerli salon və böyük qabaritlər aldı: “VW CrossBlue” “Touareg”-dən də böyük alındı. Seriyalı krossover Şimali Amerika bazarı üçün nəzərdə tutulub.

“Volkswagen CrossBlue” Almaniyada yaradılsada “Volkswagen America” nümayəndələri bu prosesdə iştirak edib. Görünür onların səyi nəticəsində prototip 5 metr uzunluq və 2 metrdən çox en aldı. Konseptin salonu 6 oturacaq yerlə təchiz olunub – fərdi oturacaqlar üç sırada quraşdırılıb. Qeyd edilir ki, seriyalı krossoverin istehsalı zamanı 2-ci sırada bütöv divanın quraşdırılması imkanı da nəzərə alınacaq.

Konsept son dərəcə geniş alınıb: bütün sıraların sərnişinləri üçün çox geniş boş yerlə bərabər, krossover həm də 335-litrlik baqaj aldı. Əgər 2-ci və 3-cü sıra oturacaqları yığsaq yük yerinin həcmi təxminən 2 kubmetrə çataca.

Krossoverin interyeri təbii ağacdan, dəridən və alüminiumdan düzəldilib, mərkəzi konsol 10,2-düymlük sensorlu ekranla təchiz edilib, qabaq oturacaqların başaltılarında isə “iPad Mini” planşetləri quraşdırılıb. Prototip “MQB” modul platforması əsasında yığılıb və dizel-elektrik güc qurğusu alıb.

O 190-güclü dizel və 2 elektrik mühərrikindən ibarətdir. Elektrik mühərriklərindən biri dizelə qabaq oxu fırlatmağa kömək edir, digəri isə arxa təkərlərə cavabdehdir. Güc qurğusunun ümumi gücü 300 a.g. və 700 Nm fırlanma anını keçir və bununla belə istehsalçı bildirir ki, o 100 km məsafəyə cəmi 2,1 litr yanacaq sərf edir.

“CrossBlue” elektrik dartmasının biri ilə 33 km məsafə qət edə bilər. Maraqlıdır ki, prototip iki yanacaq lyükuna malikdir – birinin arxasında yanacaq çəninin qapağı, digərində isə batareyaların məişət elektrik şəbəkəsindən doldurulması üçün rozetka gizlənir.

“VW CrossBlue”-nun seriyalı modifikasiyasını istehsalçılar ABŞ və Kanadada satmağı planlaşdırırlar. Krossoverin hansı mühərriklər alacağı bildirilmir, lakin qabaritlərə baxmayaraq o “Tiguan”-dan yüksək, “Touareg”-dən isə aşağı pillədə yer alacaq.

AUTO.AZ



Şərhlər


AD