Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota Detroytda gələcək Corolla-ya işarə etdi

Toyota” şirkəti Detroyt avtomobil sərgisinə gələcək sedan “Corolla”-nın “hirsli” prototipini gətirdi. “Toyota Corolla Furia” konsepti təkcə seriyalı “Korollanın” gələcəkdə necə görünəcəyini deyil, həm də “Toyota”-nın gənc auditoriyaya ayırdığı diqqəti nümayiş etdirir.

Konseptual sedan qəddar addan başqa həm də qeyri-adi xarici görünüş və xüsusi “Fuego Furioso” açıq rəngi aldı. Yaradıcıların məlumatına görə bu cür orijinal eksteryer “Toyota”-ya yeni – indikindən daha gənc alıcıları cəlb edəcək.

Qeyd edilir ki, sedan indiki “Corolla”-dan daha böyük qabaritlər alacaq (uzunluğu 4620 mm, eni 1805 mm və hüdürlüyü 1425 mm). Bununla belə kifayət qədər uzun təkər bazası prototipin kənarlarını qısa edəcək. Bundan başqa “Corolla Furia” 19-düymlük təkər diskləri ilə təchiz edilib.

“Kompakt seqment alıcıları yanacaq qənaətini və qiymətlə keyfiyyətin uyğunluğunu dəyərləndirirlər. Bu xüsusiyyətlə “Corolla” artır 44 ildir fərqlənir. Lakin bir qədər gənc alıcılar daha dramatik, parlaq dizayna və yeni texnologiyalara üstünlük verirlər”, deyə amerikan“Toyota Division Group”-un baş direktoru Bill Fray bildirmişdir.

Buna baxmayaraq “Corolla Furia”-nın nə vaxt seriyalı olacağı və hansı mühərriklə təchiz olunacağı barədə məlumat verilmir. Güman etmək olar ki, konsept Şimali Amerika bazarı üçün məşhur sedanın gələcək modifikasıyasını nümayiş etdirir.

AUTO.AZ



Şərhlər


AD