Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Infiniti Detroyta hibrid sedan Q50-ni gətirdi

Infiniti” şirkəti öz yeni sedanı olan “Q50”-nin bir sıra texniki xarakteristikası barədə məlumat verdi. O 2 sürət qutusu və 2 güc qurğusu, o cümlədən mümkün ləvazimatların geniş siyahısını aldı. Dilerlərin şou-rumlarında yenilik yayda meydana gələcək.

Təqdimatdan bir müddət əvvəl “Renault-Nissan” və “Daimler” konsernləri arasında sıx əməkdaşlıq olduğundan “Infiniti Q50”-nin “Mercedes C-class” platformasında yığılacağı barədə şaiyələr gəzirdi.

Lakin ilkin məlumatlara görə “Q50” varisi olduğu modernləşdirilmiş “G37” platformasına əsaslanıb. ABŞ bazarında sedanın mühərrik qamması 3,7-litrlik 330 a.g. olan V6-dan və hibrid qurğusu əsasında olan 3,5-litrlik 350 a.g.-nü keçən benzin mühərrikdən ibarətdir.

Lakin bildirilir ki, Avropada “Infiniti Q50” üçün “Mercedes C-class”-dan həm benzin, həm də dizellə işləyən 4-silindirli mühərriklər əldə etmək mümkün olacaq.

Hələlik yalnız bir sürət qutusu nəzərdə tutulur – sükan arxasında ötürücüləri olan 7-pilləli “avtomat”. Güc qurğularından asılı olmayaraq sedan tam ötürücülü və ya arxa ötürücülü ola bilər.

“Infiniti”-də bəyan edirlər ki, “Q50” ilə birlikdə iki yeni texnologiya da debüt edəcək – “Direct Adaptive Steering” sükan idarəetməsi və “Active Lane Control” sistemi.

Bildirilir ki, yeni sükan mexanizmi sükan hərəkətlərinə daha tez reaksiya təmin edir və 4 iş rejiminə malikdir. “Active Lane Control” sistemi isə kameralar və detektorlar vasitəsilə hərəkət zolağında saxlamada yardım göstərir.

AUTO.AZ



Şərhlər


AD