Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan krossoverlərin gələcək seqmentini təqdim etdi

Yaponiyanın avtomobil istehsalçısı olan “Nissan” Şimali Amerika avtoşousuna öz yeni konseptual “Resonance” krossoverini gətirdi. Avtomobil qlobal konsept statusu, hibrid güc qurğusu və gələcəkdə markanın krossoverlərinin necə görünəcəyinə işarə edən xarici görünüş aldı.

Şirkətin göstəricilərinə görə konsept ABŞ-da, San-Dieqoda yerləşən “Nissan Design America” bölməsində hazırlanıb. Layihəyə “Nissan Motor Co.”-nun böyük vitse-prezidenti və kreativ üzrə baş direktoru Siro Nakamuro başçılıq edib.

Konseptin “tin-tin” dizaynı seriyalı obrazdan çox uzaqdır, lakin şirkət qeyd edir ki, bu görünüş “Nissan Resonance”-ın krossoverlər seqmentinin simasını dəyişəcəyinə işarədir.

Bildirilir ki, dizaynerlər “yüksək səs səyahətinin futurizm cazibəsindən” ruhlanıblar və avtomobilin xarici görünüşündə “yüngül və müdafiəçi olacaq sürət hissini” ifadə etməyə cəhd göstəriblər. İstehsalçılar interyerdə konseptin dinamik üslubundan çox rahatlığına və yüksək texnologiyaya üstünlük veriblər. Nəticədə əsaslı detalları olan geniş və işıqlı salon alındı.

“Nissan” bildirir ki, “Resonance” sadəcə dizayn-konseptdir, yəni məhz avtomobilin bu variantı seriyada olmayacaq. Lakin bu statusa baxmayaraq konsepti hibrid güc qurğusu və tam ötürücü ilə təchiz etdilər. “Resonance”-a “Nissan” şirkəti tərəfindən hazırlanmış sistem daxildir.

Bu sistem “bir mühərrik, iki mufta” prinsipi əsasında yığılmışdır və ona az tutumlu daxili yanmalı benzin mühərrik, litium-ion akkumulyator batareyalarından yüklənən elektrik mühərriki və qabaqcıl idarəetmə sistemi daxildir. Daxili yanmalı mühərrik yeni nəsil “Nissan Xtronic CVT” variatoru ilə birgə çalışır.

“”Resonance” fitnəkar, enerjili, cəlbedici və hətta polyarizasiyalı olmalıdır. Onun ekoloji güc qurğusu və “intellektual” funksionallığı ilə uyğun olaraq düşülünmüş və “kəskin” dizaynı bizim gələcək krossoverləri necə gördüyümüzdən xəbər verir. Dizayn ənənəvi ikihəcmli krossoverlərə üstünlük verənlər üçün deyil, seçimi dəb və dizayna əsaslananlar üçün nəzərdə tutulmuşdur.

“Nissan” şirkəti üçün bu konseptual avtomobil krossoverlərin gələcək seqmentinə dair mövqeyini əks etdirir”, deyə “Nissan Motor Co.”-nun strateji planlaşdırma, qabaqcıl və innovasiyalı işləmələr şöbəsinin direktoru Fransua Bankon təqdimat zamanı bildirmişdir.

AUTO.AZ



Şərhlər


AD