Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi RS7-nin yüklənmiş versiyası Detroytda debüt etdi

Audi” şirkəti yüklənmiş “RS” ailəsinin növbəti üzvünü Detroyt avtosalonunda təqdim etdi. Beşqapılı kupe “Audi RS7 Sportback” 100 km/saata 4 saniyədən az vaxta sürətlənir və bununla belə 100 km məsafəyə 10 litr yanacaq sərf edir. Yeniliyin satışa çıxarılacağı vaxt barədə hələlik məlumat yoxdur.

“Audi RS7” ikiqat turbo yükləyicisi olan, artıq dəqiqədə 1750 dövrlə 560 a.g. və 700 Nm verən 4-litrlik mühərrik aldı. Yeniliyin maksimal sürəti ənənəvi olaraq 250 km/saat göstəricidə məhdudlaşıb, lakin opsional paketlər sifariş verdikdə məhdudiyyət 280 km/saatda dayana bilər. 5-qapılı kupenin 305 km/saat yığa bildiyi an isə sürət göstəricisində məhdudiyyət olmaya bilər.

Mühərrikin yüksək qənaəti həm də aşağı və orta yükləmə zamanı bir neçə silindirləri söndürən sistem sayəsində əldə edilmişdir – o 10%-ə qədər yanacağa qənaət etməyə imkan yaradır.

Sportkarın mühərriki 8-pilləli “Tiptronic” sürət qutusu və “Quattro” tam ötürücüsü ilə hərəkətə gəlir. Bu ötürücü oxlarda dartınmanın sayını müxtəlif şəkildə təyin edir, lakin standart yol vəziyyətində o arxa oxun xeyrinə olaraq 60/40 arasında bölüşdürür. Opsional olaraq arxa differensial əldə etmək olar.

“Audi RS7”-nin alıcısı standart adaptiv pnevmoasma və idman variantında özündə üç mövqeli amortizatorları cəmləşdirən “Dynamic Ride Control” sistemi arasında seçim edə bilər. Asılqanla yanaşı ötürücü mexanizmi və elektromexaniki gücləndiricisi olan sükan da sifariş etmək olar.

“Audi RS7”-ni ənənəvi aerodinamik asma, fərqli radiator barmaqlığı, aktiv buraxma sisteminin oval sonluqları olan arxa diffuzor və 20-düymlük təkər diskləri ilə tanımaq olar.

Bort ləvazimatları siyahısına dəri və alkantara ilə işlənmiş idman interyeri, ksenon optika, üç zonalı klimat-kontrol və interfeys “MMİ” daxildir.

AUTO.AZ



teqlər:
Audi, Audi RS7, Detroit Auto Show 2013 16.01.2013

Şərhlər


AD