Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai premium sedanın qeyri-adi prototipini təqdim etdi

Hyundai” şirkəti Detroyta artıq “gələcəyin Genesis”-i adlandırılmış sedanın prototipini gətirdi. Lakin istehsalçılar bəyan edirlər ki, prototip “HDC -14 Genesis” daha çox şirkətin premium-seqment barədə təsəvvürlərini nümayiş etdirir və o sedan deyil, “dordqapılı kupe”-dir.

Konsept nəinki dörd qapı, həm də dörd fərdi oturacaq alıb. Maraqlıdır ki, konsept orta dirəklərdən məhrum olub, “HDC-14 Genesis”-in arxa qapıları isə güclü alüminium petlələrdən asılmaqla hərəkət istiqamətinin əksinə açılır. “Hyundai”-da hesab edirlər ki, bu yolla arxa oturacağa oturmaq daha rahat olur.

Prototipin interyeri adət olunmuş mərkəzi konsoldan məhrum edilmişdir: istehsalçıların düşüncələrinə görə bu sürücüyə diqqətini tamamilə yolda cəmləşdirməyə kömək edir. Prototipin təchiz olunduğu “intuitiv anlama interfeysi” jestləri tanıya və sürücünün baxdığı yerə hərəkət edə bilər.

Prototipin təməlində möhkəm polar çərçivə və 5-ligli müstəqil asılqan dayanır. Bundan əlavə avtomobil konkret yol şəraitinə görə maksimal uyğunlaşdırıla bilər.

“Hyundai HDC -14 Genesis”-i “Tau” ailəsindən olan 5-litrlik V8 və 8-pilləli avtomatik sürət qutusu ilə təchiz ediblər. Mühərrikin gücü və konkret seriyalı perspektivlər barədə hələlik məlumat verilmir.

AUTO.AZ



Şərhlər


AD