Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chrysler yenilənmiş Jeep Grand Cherokee-ni təqdim etdi

Flaqman “Jeep”-nin indiki nəslinin bir qədər gənc olmasına baxmayaraq istehsalçılar bəzi yeniliklər etməyi qərara aldılar. Yolsuzluq avtomobili modernləşdirilmiş xarici görünüş və sürət qutusunda bir sıra vacib dəyişikliklər aldı. Bu həm də “SRT8” versiyasına da aid edildi.

“Jeep” markasının flaqman “dəmirində” ən vacib dəyişikliyin 5-pilləli avtomat sürət qutusundan imtina olduğunu hesab etmək olar. Onu alman şirkəti “ZF”-dən alınmış və “müxanika” ötürücüsü imkanı olan 8-pilləli sürət qutusu əvəz etdi – bu sürət qutusunu bütün “Grand Cherokee” modifikasiyalarına quraşdırmaq olar.

Yeni sürət qutusu və xüsusən də onun “Eco Mode” rejimli işi sayəsində yolsuzluq avtomobilinin iştahı azaldı. Lakin “Chrysler”-də bunun nə qədər olduğu hələlik bildirilmir. Bundan əlavə sürət qutusunun “Grand Cherokee”-nin dinamikasına necə təsir etdiyi də dəqiqləşdirilmir.

Eksteryerə gəldikdə isə restaylinq olunmuş yolsuzluq avtomobilini xırda toru olan yeni radiator barmaqlığı və indiki sedan “Chrysler 300” ruhunda olan işıqdiodu çox olan yeni qabaq optika ilə tanımaq olar.

Bundan əlavə “Grand Cherokee” xromlarının sayı artmış yeni qabaq bamper və yenidən düzəldilmiş arxa hissə aldı.

Buna baxmayaraq “SRT8” özünəməxsus optika və bəzi stilistik aksentlərlə fərqlənir. İnteryerə gəldikdə isə demək olar ki, burada yeni sükan, rəqəmsal cihazlar paneli və sürət qutusunun fərqli tutacağı peyda oldu.

Yuxarıda göstərilənlərlə yanaşı ABŞ bazarında “Jeep Grand Cherokee” yeni mühərriklə (“Fiat-Chrysler” alyansı üzrə italyan kolleqalarından mənimsənilmiş 3-litrlik 240-güclü dizel) debüt edir.

AUTO.AZ



Şərhlər


AD