Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Detroytda Volkswagen Passat Performance göstərəcəklər

Alman avtomobil istehsalçısı “Volkswagen”gələn həftə Detroytda sedan “Passat”-ın ekstremal variantını təqdim etməklə Şimali Amerika bazarı üçün öz avtomobil sıralarına idman üslubu əlavə etmək qərarına gəlib. “Passat Performance Concept” adlanan avtomobil ortaölçülü sedanın idman üslubunda olan cari sedanı əvəz etməlidir. Qeyd etmək lazımdır ki, bu model sayəsində alman şirkətinin ABŞ bazarında satışı yeni səviyyəyə çatdı – 2012-ci ildə “Volkswagen” şirkəti özü üçün rekord 117 023 vahid reallaşdırdı.

Konseptual modelin kifayət qədər mənalı adının olmasına baxmayaraq avtomobilin eksteryeri standart “Passat” variantından az fərqlənir. Yeniliyi 19-düymlük yüngül lehimli təkər diskləri dəsti, qaz ayrılması üçün iki borusu olan qazçıxma sistemi və xarici arxa görünüş güzgülərinin karbon korpusları ilə təchiz olunub.
Avtomobilin işıqlandırılmasını təkmilləşdirilmiş qabaq “AFS” işıqlandırma sistemi olan bi-ksenonların quraşdırılması ilə yaxşılaşdırdılar. O yol səthini sutkanın qaranlıq vaxtlarında effektli işıqlandırmağa imkan verir. Arxada işıqdiodlu fənərlər quraşdırıldı.

Əslində ciddi və demək olar ki, əsas dəyişiklik avtomobilin kapotunun altında gizlənir. Burada avtomobil istehsalçısı “Volkswagen”-in alman mühəndisləri yeni 1,8-litrlik birbaşa buraxma sistemi olan “EA888” güc qurğusu yerləşdiriblər. Turboyükləyici cictemin quraşdırılması ilə sürətləndirilən 4-silindirli mühərrik avtomobil üçün sanballı məhsuldarlıq təmin edir. Artıq mühərrikin gücü 247 a.g.-ə çatır. Güc qurğusu 6-pilləli avtomatik sürət qutusu ilə birgə işləyir.

Bundan əlavə alman mütəxəssisləri avtomobilin şassisi üzərində də işlədilər. “Passat Performance Concept” modelini aşağı salınmış idman asması ilə təchiz etdilər. Yenilənmiş “Passat”-ın mexaniki dəyişikliyini sükanın elektron-mexaniki idarəetmə sistemi tamamlayır ki, bu avtomobilin məsuliyyətini artırır.

İnteryerin elementlərinə gəldikdə isə təqdim olunmuş şəkillər ətraflı məlumat verməyə imkan vermir. Lakin “Volkswagen”-in nümayəndələrinin sözlərinə görə avtomobilin salonu standart “Passat” modelindən xeyli fərqlənir və cihazlar panelində karbon lifindən hazırlanmış bir çox yeni elementlər var. Yeniliyin salonundakı oturacaqlar iki müxtəlif rəngli dəridən işlənib.

AUTO.AZ



Şərhlər


AD