Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Land Rover krossover Evoque-un yeni versiyasını təqdim etdi

İngiltərənin avtomobil istehsalçısı “Land Rover” məhdud sayda buraxılacaq məşhur krossover “Range Rover Evoque”-un sifarişinin qəbulu barədə elan verdi. “Range Rover Evoque Sicilian Yellow Limited Edition” ilk dəfə ilin əvvəlində keçirilmiş Brüsseldəki avtosalonda təqdim olunub.

Avtomobilin təqdimatı yanvar ayının 10-da keçirilmişdi. Xüsusi versiya “Dynamic Plus” komplektasiyası əsasında qurulmuşdur və ənənəvi olaraq adi “Evoque”-lardan eksteryerin və interyerin elementləri ilə fərqlənir. Avtomobilin texniki hissəsinə istehsalçılar toxunmayıblar.

Avtomobilin adında olan “Sicilian Yellow” xüsusi rəng mənası verir. Avtomobil üçün həmçinin açıq-sarı elementləri olan qara ban da təklif olunacaq. Modeli 3- və 4-qapılı banda əldə etmək olar.

Bundan əlavə hər bir avtomobil eksteryerdə “Black Design Pack” opsional paketini də alacaq. Yeri gəlmişkən bu paketi həm sifariş, həm də krossoverin digər versiyaları üçün əldə etmək olar.

Paket yalnız “Dynamic” komplektasiyasında təchiz ediləcək və ona arxa idman spoyleri, tündləşdirilmiş qabaq və duman əleyhinə fənərlər, qara rəngdə olan “Range Rover” yazıları, şəffaf şüşədən olan arxa fənərlər, “Gloss Black” rəngli 20-düymlük döyülmüş disklər, “Santorini Black” rəngində olan bamper bölməsi və tünd elementlərlə işlənmiş qazçıxma boruları daxil olacaq.

Məhdud versiyanın salonunun eksklüziv bəzədilməsinə oturacaqlarda, mərkəzi saxlama zonasında, qapılarda və cihazlar panelində sarı rəngli işləmələr və üfiqi dekorativ əlavələr daxildir.

AUTO.AZ



Şərhlər


AD