Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Detroytda yenilənmiş Nissan Leaf-i təqdim edəcəklər

Nissan Leaf”-in yenilənmiş versiyası Detroyt avtosalonunda debüt etməmişdən qabaq istehsalçı tərəfindən internetdə göstərildi. ABŞ üçün nəzərdə tutulmuş versiya tamamilə yapon versiyasına bənzəyir, lakin Şimali Amerikada istehsal ediləcək. Bundan əlavə elektrokar büdcə variantı aldı.

Yenilənmiş “Nissan Leaf” istifadə üçün daha asan olmalıdır. İlk növbədə hetçbek aerodinamik müqavimətdə yaxşılaşdırılmış əmsal (00,29 əleyhinə 0,28 Сх), elektrik enerjisinin sərfiyyatını idarə etmək üçün daha effektiv sistem və enerji dayandırılmasının rekuperasiyasını aldı.

Bundan əlavə “Leaf” modernləşdirilmiş bort enerji ehtiyatı qurğusu da əldə etdi. Bütün bu tədbirlər akkumulyatorların doldurulma vaxtının təqribən 2 dəfə azalması ilə nəticələndi və indi ona 4 saat vaxt sərf olunur. Çəkinin ciddi surətdə yüngülləşdirilməsi hesabına isə hərəkət 160-dan 228 km-ə qədər artdı.

Maraqlıdır ki, ABŞ ərazisində “Nissan Leaf” istifadə üçün üçüncü və ən büdcəli variant aldı – “SV” və “SL” versiyalarına “S” də əlavə olundu. O bort kompüterlə, elektrik şüşəqaldıranlarla, 16-düymlük polad təkərlərlə və akkumulyator doldurma qurğusu ilə təchiz edilir. Bahalı modifikasiyalara 17-düymlük disklər, dəri salon, işıqdiodlu optika, bahalı audiosistem və yuxarıda qeyd edilmiş batareyaları tez doldurma sistemi daxildir.

Bildirilir ki, artıq ABŞ ərazisində Yaponiyadan gətirilənlər deyil, yalnız Şimali Amerikada istehsal edilmiş elektrokarlar  satılacaq – “Nissan” hetçbek “Leaf”-in istehsalını Tennesidəki zavodda planlaşdırır.

AUTO.AZ



teqlər:
Nissan, Nissan Leaf 11.01.2013

Şərhlər


AD