Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jotech Motorsports-dan Nissan GT-R Stage 3

Aşağıdakı şəkillərdə gördüyünüz al-qırmızı rəngli sportkar “Nissan GT-R” amerikan atelyesi “Jotech Motorsports”-un son sənət əsəridir.

Bu sportkar “Dallas Cowboys” futbol klubunda oynayan Cerald Sensabaunun sifarişi əsasında hazırlanıb. Avtomobil məhsuldarlığı tamamilə artıra bilən “Stage 3” tüninq-kit və idman kupesinin sahibinin özünün seçdiyi digər aksesuarlar aldı.

Standart 3,8-litrlik V6 mühərrikinin faydalı iş əmsalını yüksəltmək üçün amerikan tünerləri doğma yükləmə sistemini çox səmərəli “HKS GT800” turbo kompressoru ilə əvəz etdilər və tökmə “GReddy Type RS” qapaqlar, “GReddy XL” interkuler, yeni buraxma kollektoru, titan qazçıxma sistemi, ikiqat yanacaq nasosu olan “HKS”, daha effektli forsunkalar və iridiumdan olan “HKS” yandırma şamları quraşdırdılar.

“Jotech Motorsports”-un göstəricilərinə görə 93 benzini ilə işləyən güc aqreqatının çıxma qüvvəsi 680-700 at gücü təşkil edir. Fərdiləşdirmə məqsədilə yapon sportkarı al-qırmızı rəngli ban, asmasında qara detallar, tündləşdirilmiş şüşələr, yenilənmiş qabaq optika və aşağıprofilli şinləri olan dəbli “HRE Series S101” təkər diskləri almışdır.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GTR, Jotech Motorsports 09.01.2013

Şərhlər


AD