Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ultimate Auto-dan Dodge Challenger SRT-8

“Ultimate Auto” atelyesindən olan amerikan tünerləri “yüklənmiş” kupe “Dodge Challenger SRT-8”-in bazasında yığdıqları yeni sportkar üzərində işlərini tamamladılar. Seriyalı muskul kar kompozit materiallardan hazırlanmış yeni ban detalları və xüsusi olaraq yaradılmış aerodinamik asma ilə təchiz edilmişdir.

Bununla yanaşı avtomobil nadir işləmələri olan eksteryer və interyer, o cümlədən böyük ölçülü təkərlər və bir sıra texniki yeniliklər əldə edib. İstehsalçı tam tüninq-paketin pərakəndə satışı üçün 45125 dollar təklif edir.

Yenidən işlənmiş qabaq bamper, torşəkilli radiator barmaqlığı, vertikal ventilyasiya kəsikləri olan yeni qanadlar, yan ətəklər, tutacaqlardan məhrum olmuş fərqli formaya malik qapılar, optika daxil olmaqla görünüşü dəyişdirilmiş arxa hissə, baqaj hissənin spoyleri, arxa bamper və onun mərkəzində yerləşdirilmiş trapesiya formasında borucuqları olan “Magnaflow” idman qazçıxarma sistemi sayəsində idman kupesinin xarici görünüşü ciddi surətdə dəyişilmişdir.

Yeni yüngülləşdirilmiş kapotda şəffaf pəncərə düzəldilmişdir ki, buradan “Magnacharger” sıxıcı kompressoruna baxıb həzz almaq olar. Bundan əlavə avtomobili 24x15 düym ölçüləri olan döyülmüş çoxmilli “Savani” diskləri və 405/25 enli “Pirelli” şinləri ilə təchiz ediblər.

Banı boz və qara rəngə boyayıblar və təzad üçün buna qırmızı əyləc supportları və tündləşdirilmiş şüşələr əlavə ediblər. Kupenin xarici görünüşünü dəyişməyə həmçinin qabaq ksenon faralar və yanacaq çəninin nadir qapağı imkan yaradıb. Sportkarın interyerinə eksklüzivliyi oturacaqlarda, dirsəkaltında və qapılarda görünən boz alkantara əlavə edir. çoxfunksiyalı sükanın və sürət qutusunun tutacağının işləndiyi tünd karbondan standart qara dəriyə tam uyğun olaraq istifadə edilmişdir.

“Ultimate Auto”-nun mütəxəssisləri sportkarı bəzi elementləri baqajda yerləşdirilmiş güclü akustik sistemlə təchiz ediblər. Baqaj hissə təbii ağacdan və diodlu işıqlandırma ilə bəzədilmişdir. Tüninq olunmuş idman kupesi “Dodge Challenger SRT-8” 6,4-litrlik, 470 a.g. verən “HEMI V8” mühərriki ilə hərəkətə gəlir. Avtomobil ilk yüzlüyə çatmaq üçün 4,5 saniyə vaxt sərf edir, onun maksimal sürəti isə 250 km/saatdır.

AUTO.AZ



Şərhlər


AD