Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford, yenilənmiş Explorer-in premyerası internetdə keçirəcək

Ford konserni yenilənmiş SUV Explorer-in reklam taktikası olaraq qeyri-adi bir yol seçdi: Ford-un qlobal marketinq üzrə vitse-prezidenti Cim Farli bildirdi ki, yeni modelin dünya premyerası avtosalonlardan birində yox, internetdə keçiriləcək – Facebook sosial şəbəkəsinin vasitəsilə. Onun sözlərinə görə marketinq kompaniyası gələn həftənin bazar ertəsi başlayacaq və o zaman qiymət və satış tarixi məlum olacaq. Cim Farli, ağır pikap F-150-nin məşhurluğunu nəzərə almasaq, Explorer-in Ford-un ABŞ-dakı flaqmanlarından biri olduğunu da qeyd etdi.

Onu da qeyd etmək lazımdır ki, sosial şəbəkə imkanlarından başqa avtomobil istehsalçıları da istifadə etməyə başlayıblar. Mazda kompaniyası Facebook vasitəsilə müxtəlif müsabiqələr keçirir, BMW isə bildirib ki, indi, Youtube, Facebook və MySpace saytlarında konsernin qlobal marketinq büdcəsinin 40 %-i mövcuddur.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Ford, Ford Explorer 30.07.2010

Şərhlər


AD