Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Fiat 500 “qızışdırılmış” S versiyası aldı

Fiat” şirkəti Avropa bazarına hetçbek “500”-ün yeni modifikasiyasını çıxarmağa hazırlaşır. “L” və “X” kimi müxtəlif hərf indekslərinə “S” literi də əlavə olacaq – lakin o bir qədər idman xarakterli hetçbek versiyasını göstərəcək.

“500” idman modifikasiyalarının yaradılmasına “Abarth” atelyesi cavabdehdir, lakin “Fiat”-da baza hetçbekində kompleks dəyişiklik etmədən daha dinamik xarakter əldə etmək istəyənlərə də diqqət ayrıldı. Yalnız eksteryeri modernləşdirilən “Fiat 500S” də elə bu alıcılar üçün nəzərdə tutulub.

Kompakt hetçbekə aqresivliyi yeni bamperlər, baqaj qabağının spoyleri, kandar əlavələri, banın işlənməsində əlavə xrom və yeni təkər diskləri əlavə edir. İnteryerə idman oturacaqları, açıq-qırmızı tikişləri olan dəri işləmələr, uyğun lövhəciklər və tutqun alüminium işləmələri əlavə olundu.

Maraqlıdır ki, “500S” versiyasını “Abarth” atelyesinin təklif etdiyi güc qurğularından başqa hetçbek qammasının istənilən mühərriki ilə təchiz etmək olar. Bu yolla “Fiat 500S” 69-dan 100-ə qədər at gücü ala bilər.

Məlumdur ki, Avropada yeniliyin qiyməti 13750 avrodan başlayacaq. “Fiat 500S”-ü ABŞ-a çıxarmağı şirkət planlaşdırmır.

AUTO.AZ



teqlər:
Fiat, Fiat 500, 500 S 28.12.2012

Şərhlər


AD