Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan GT-R «Starry Sky» Vilner tüninq atelyesində

Qış bayramlarına çox az vaxt qalıb və elə onların ərəfəsində bolqar tüninq atelyesi “Vilner” bütün avtomobil sevərlər üçün yeni il hədiyyəsi etdi. Bolqarıstandan olan tünerlərin son layihəsi insanın sözün əsl mənasında həvəsə gətirən tamamlanmış “Nissan GT-R” oldu. “Vilner Nissan GT-R”-ı nadir layihə hesab etmək olar. Təkcə ona görə yox ki, avtomobil özündə incə işi və professionalların ustalığını birləşdirən sənət əsəridir. Salona baxdıqda yuxarıda “ulduzlu səma”-nı görmək olar.

Ümumiyyətlə, bu növ tavan çox nadir haldır və bununla cəmi bir neçə avtomobil lovğalana bilər. Bu modelin nadir olmasının səbəbi onun tüninq olunmuş avtomobillərin tarixində birinci hal olmasıdır. Bolqar tüninq atelyesinin mütəxəssisləri “ulduzlu səma” effektinə çoxlu sayda kiçik ölçülü işıqdiodlu fənərlərdən istifadə edərək nail olublar.

Avtomobili eksklüziv tavanla təchiz etmək sifarişçinin şərtlərindən biri idi və “Vilner” ustaları bunun öhdəsindən layiqincə gəldilər. İnteryerin hazırlanmasında qara və tünd qırmızı rəngli bahalı materiallardan, yüksək keyfiyyətli dəri və alkantaradan istifadə olunub. Oturacaqlar iki rəngli qammadan hazırlanıblar. Burada qara rəng üstünlük təşkil edərək ətraflarda tünd-qırmızı rəngli xətlərlə tamamlanır. Həmçinin oturacaqların ortalarında romb şəkli yaradan qırmızı xətt də diqqəti cəlb edir. Avtomobilə xüsusi kolorit və idman əhval-ruhiyyəsi verən analoji bəzəyi qapı panellərində, mərkəzi konsolda və yapon sportkarının sükanında görmək olar.

Avtomobilin interyerində olan bütün plastik elementlərin hamısı əhəmiyyətli dərəcədə transformasiyaya uğrayıblar. “Nissan GT-R”-ın baza modelində bu detallar boz rəngin müxtəlif çalarlarından hazırlanıblar. Lakin tamamlanmadan sonra qara rəngli “Black Piano Varnish” lakını çəkməklə onlara nəfis gözəllik verilib. “Vilner” tüninq atelyesinin əvvəlki işləri ilə rastlaşanlar bolqar mütəxəssislərinin kiçik detallara xüsusi önəm verdiklərini bilirlər. Sözügedən layihə də istisna halında olmadı, çünki arxa görünüş güzgülərinin arxa panelləri də səliqəli şəkildə alkantara ilə işlənib.

“Nissan GT-R”-ın tamamlanmasında son ştrix müştərinin arzusuna uyğun olaraq iPad planşet kompüterləri üçün quraşdırılmış altlıq oldu.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GTR, Vilner 27.12.2012

Şərhlər


AD