Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ultimate Auto tüninqində Range Rover Evoque

“Ultimate Auto” tüninq atelyesinin nümayəndələri “Range Rover Evoque”-un tamamlanması üzrə növbəti layihələrinin şəkillərini nümayiş etdirdilər.

Bu dəfə iş özlərinin istehsal etdiyi böyük bodi-kiti lütfkarlıqla vermiş “Hamann”-dan olan alman tünerləri ilə yaxın əməkdaşlıqla aparılmışdır.Elə ilk görünüşdə avtomobilin parlaq rəngi “Vesuvius Orange” gözə çarpır. Rəngin adı da elə bütün layihənin adı olmuşdur.

“Vesuvius Orange Range Rover Evoque”-u yüngül lehimli diskləri olan böyük 22-düymlük “Lexani” təkərləri ilə təchiz edilmişdir. Aşağı salınmış asma sayəsində təkərlər praktiki olaraq arkanı tutur.

Aerodinamik paketə çoxlu sayda ventilyasiya çıxıntıları olan, əlavə işıqdiodlu fənərlər və aşağıdan iki vertikal hissədən ibarət olmaqla ikiqat spoylerlər quraşdırılmış qabaq bamper, yan ətəklər və arxa bamper daxildir. “Asma” sayəsində avtomobilin qabaq oxu 70 mm, arxa ox isə 80 mm enliləşmişdir.

“Vesuvius Orange Range Rover Evoque”-un arxa bamperinə yüksək məhsuldarlığı olan, paslanmayan poladdan hazırlanmış romb şəkilli ikiqat “Hamann” qazçıxma sistemi quraşdırılmışdır.

AUTO.AZ



Şərhlər


AD