Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Superkar Nissan GT-R hibrid ola bilər

Superkarların ümumi hibridləşməsinin təsiri altına düşərək “Nissan”-da gələcək nəsil “GT-R”-da hibrid güc qurğusunu quraşdırmaq barədə düşünürlər. Avropa və ABŞ ekoloqlarının tələbinə uyğun olaraq istehsalçılar superkarı daha az yanacaq sərf etməyə və daha az karbon buraxmağa məcbur etməyə hazırlaşırlar.

Müxtəlif rəylərə əsasən indiki vəziyyətdəki “Nissan GT-R” müəyyən modernləşmələrlə ya 2015, ya da 2017-ci illərə qədər həyatda qala bilər. “Motor Trend” portalının verdiyi məlumata görə sonra onu həm xarici görünüşdə, həm də konstruksiyada ciddi dəyişikliklər gözləyir.

“Motor Trend”-in istinad etdiyi bəzi mənbələrə əsasən “GT-R”-a artıq konsept “Infiniti Essence”-də yoxlanılmış, təqribən 600 a.g verən hibrid güc qurğusunu quraşdıra bilərlər. Lakin hibrid qurğu istifadə olunsa o elektrik mühərriki və akkumulyator tələb edəcək. Bu isə o deməkdir ki, konstruktorlar əlavə çəkini kompensasiya etməli olacaqlar.

Digər variantda isə modernləşdirilmiş 3,7-litrlik V6-a təkmilləşdirilmiş turbo yükləyici, silindirlərin bir hissəsini söndürmə və “start-stop” sistemlərinin quraşdırılması ola bilər. Yeni nəsil “GT-R”-ın düzəldilməsinə artıq başlanılıb, lakin hələlik hansı variantın seçildiyi məlum deyil.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GTR 24.12.2012

Şərhlər


AD