Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Detroytda Chrysler 300 Motown Edition göstərəcəklər

Gələn ay təntənəli surətdə Detroytda açılacaq beynəlxalq motorşouda “Chrysler Group” konserninin yeniliklərindən biri də eksklüziv sedan “300 Motown Edition” olacaq.

Avtomobil “Motown Records” studiyasının banisi Berri Qordinin köməkliyi ilə düzəldilib və adi seriya modelindən eksteryer və interyerin xüsusi bəzəyi ilə fərqlənir. Premyeradan sonra məhdud sayda avtomobillər ABŞ bazarlarına çixarılacaq.

Amerika sedanı “Chrysler 300 Motown Edition” banın qabaq və arxa hissəsinin xromlaşdırılmış aksentləri, arxa görünüş güzgülərinin xromlaşdırılmış korpusları, xromlaşdırılmış qapı dəstələri və “Mopar” şirkətindən olan dəbli radiator barmaqlığı ilə təchiz olunacaq.

Avtomobilin eksklüzivliyini 20-düymlük cilalanmış alüminium “Heritage” diskləri və banın xüsusi tərtibat variantı – ağ “Bright White”, qara “Gloss Black”, qırmızı “Deep Cherry Red” və göy “Jazz Blue” – tamamlayır.

Salonda deşilmiş dəri və qara konturlu əlavələri olan ağ “Pearl White Nappa” dərisi ilə tikilmiş oturacaqlara, mərkəzi konsolda, torpedada, sükanda və qapılarda  qara “Piano Black” qoymalarına, oturacaqların söykənəcəklərində “Motown” tikmələrinə, “Black Olive Ash” ağacından dekorativ detallara və gümüşü aksentlərə rast gəlmək olar.

AUTO.AZ



Şərhlər


AD