Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Seriyalı Cadillac ELR-ın ilk təsvirləri göründü

Potensial detroyt təqdimatının siyahısı artdı: “Cadillac”-ın yanvar avtosalonunda hələ 2009-cu ildə debüt etmiş “Converj” hibrid prototipinin seriya versiyasının təqdimatı gözlənilir. Seriyalı kupe “Cadillac ELR” adını alacaq.

Kupe “Converj” qabaq ötürücüyə və əvvəl “Chevrolet Volt” və “Opel Ampera”-da istifadə olunmuş güc qurğusuna malik idi. O 160-güclü elektrik mühərrikindən və akkumulyatorların və tökmə-ionlu batareyaların doldurulması üçün istifadə olunan 4-silindirli benzinlə işləyən turbomühərrikdən ibarətdir. İstehsalçılar hələlik konkret texniki göstəricilər barədə məlumat vermirlər. Lakin əvvəl bildirilirdi ki, “Cadillac” versiyasının güc qurğusuna “Volt”-da olandan daha güclü benzin mühərrik daxil ola bilər. İlkin göstəricilərə əsasən 1,4-litrlik turbomühərrik öz yerini 1,8-litrlik “Ecotec”-ə verəcək.

Əvvəl bildirilirdi ki, seriyalı “Cadillac ELR” prototipin eksteryerinə uyğun xarici görünüş alacaq. Lakin ilk tizerlərə əsasən bəzi fərqlər olacaq. İlk növbədə bu videokameraların əvəzinə adi ölçülü yan güzgülər və ənənəvi qabaq optikadır.

Konseptual kupe dama quraşdırılmış və enerji ehtiyatı yığmağa kömək edən günəş batareyası kimi qeyri-adi opsiyalarla təchiz olunmuşdur. Seriyalı “ELR”-in buna bənzər bir şeylə təchiz ediləcəyi barədə hələlik məlumat yoxdur. İlkin olaraq hibrid kupenin istehsalına “Cadillac”-ın Detroyt zavodunda 2013-cü ilin sonunda başlanılacağı planlaşdırılır.

AUTO.AZ



Şərhlər


AD