Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lamborghini Gallardo-nu istehsalatdan çıxarır

“Lamborghini”-nin 50 illik yubileyi ilə əlaqədar xüsusi layihəsinin buraxılışa hazırladığı barədə söhbətlərlə yanaşı, italyan avtomobil istehsalçısı bu yaxınlarda “YouTube”-da təqdim olunmuş videoda “2013 Lamborghini Gallardo LP560-4”-ün sonuncu (“The Final Gallardo”) olacağını təsdiq etdi.

Xatırladaq ki, 2013-cü model ili üçün italyan avtomobil istehsalçısı orijinal versiyadan kifayət qədər fərqlənəcək “Gallardo” buraxacaq. Dəyişikliklər əsaslı deyildi, lakin onlar “Lamborghini”-nin “Gallardo LP560-4”-ü kifayət qədər uzun müddət bazarda saxlamağa hazırlaşdığını düşünməyə imkan verirdi.

Lakin bu baş vermədi. Çox güman ki, model tam olaraq bazardan çıxanadək və onun varisi olan “Cabrera” meydana gələnədək yenilənmiş superkardan bir neçə yüz buraxılacaqdır.

Bu məlumatlar çoxdan gözlənilən yeniliyin gələn ilin sonunda buraxılacağına və Paris avtosalonunda təqdim olunacağına ümid etməyə imkan verir.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Gallardo 18.12.2012

Şərhlər


AD