Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Gallant Abflug-dan Lamborghini Murcielago LP620

Yapon tüninq-atelyesi “Gallant Abflug” Tokyoda keçiriləcək beynəlxalq avtosalona 5 yeni layihəsini gətirəcək ki, onlarda biri də superkar “Lamborghini Murcielago LP620 Penna Bianca”-dır. Aerodinamik asmadan, dəbli təkərlərdən və apqreyd olunmuş mühərrikdən ibarət olan yeni tüninq-paketin təqdimatı üçün yaponlar ilk növbədə şübhəsi bəzi yeniliklərə ehtiyacı olan “Lamborghini Murcielago” modifikasiyasını seçdilər. Rəsmi yayıma qədər tüninq proqramı ilə tanış olmağa bizə “Gallant Abflug”-un verdiyi şəkillər kömək edəcək.

Görünüşcə “Lamborghini Murcielago LP620 Penna Bianca” seriyalı avtomobildən dəyişilmiş qabaq bamperin, yan ətəklərin, diffuzoru olan mürəkkəb quruluşlu arxa bamperin və böyük palçıq qoruyucusunun daxil olduğu yeni asma ilə fərqlənir. Ağ rəngli bana müəyyən qədər tünd aksentlər əlavə olunmuşdur. Qabaqdan 19-düym, arxadan 20-düym ölçülü 6-milli “Abflug Prism III” diskləri də bu rəngə boyanmışdır. Yola inamlı yapışmanı qabaq oxda 235/35, arxa oxda 345/25 ölçüləri olan “Pirelli P-Zero Rosso” şinləri təmin edir.

580-güclü, 6,2-litrlik V12 mühərrikinə gəldikdə isə onu elektron idarə blokunun yeni proqramı və “ARQRAY” komponentləri olan modernləşdirilmiş qaz buraxma sistemi gözləyir.

AUTO.AZ



Şərhlər


AD