Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mini ən sürətli Paceman hazırlayır

Mini”-də “John Cooper Works” atelyesində hazırlanan üçqapılı krossover “Paceman”-nın ən sürətli modifikasiyasını rəsmi şəkildə elan etdilər. O güc aqreqatını “böyük qardaşı” “Countryman”-dən alacaq, daha da idman üslubunda olan asılqan əldə edəcək, interyeri isə daha aqressiv olacaq.

Əlbəttə ki, xarici görünüşdə olan fərqlərdən də yan keçilməyəcək: “Mini Paceman JCW”-ni daha da inkişaf etmiş aerodinamik asılqandan və iri təkər disklərindən tanımaq olacaq.

Yayılmış rəsmi şəkillərdə krossoverin interyeri qara-qırmızı qammada – banın rəngində hazırlanıb, bu da ona idman hissi verir. Bundan əlavə, cihazların siferblatlarının daha tünd rənglə dəyişdirildiyi gözə çarpır.

Mühərrikə gəldikdə isə 1,6 litrlik turbomühərrik bu dəfə 218 a.g. və 280 Nm fırlanma anı əldə etməlidir (Overboost funksiyasından istifadə etdikdə 300 Nm).
Yeni krossoverin nə dərəcədə dinamik olduğunu “Mini”-də dəqiqləşdirməyiblər.

Lakin daha iri “Mini Countryman JCW”-nin 100km/saata sürətlənməyə 7 saniyə sərf etdiyini və 225 km/saat sürətləndiyini nəzərə alsaq, onun göstəricilərini təsəvvür etmək olar. “Mini”-nin ən sürətli və ən kompakt krossoverinin nə vaxt debut edəcəyi məlum deyil.

AUTO.AZ



teqlər:
Mini, Mini Paceman 14.12.2012

Şərhlər


AD