Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi yeni RS6-nın rəsmi şəkillərini təqdim etdi

Audi”-də özlərinin bəlkə də ən məşhur “yüklənmiş” modeli olan – universal RS6 Avant-ın sirrini açdılar. Sportkarın keçmiş nəslə nisbətən daha kompakt və bir az zəif güc aqreqatı almasına baxmayaraq, o nəinki özündən, hətta rəqiblərindən daha sürətli oldu və demək olar ki, “Lamborghini Gallaro”-a çatdı.

“RS 6 Avant”-ın kapotunun altında 580 a.g.-lü, turboyükləyicili 5-litrlik “V10 FSI” mühərriki öz yerini artıq “Bentley Continental”-da tanınan 8 silindirli mühərrikə verdi. 4-litrlik “V8 TFSI” 20 a.g. az verir – o 560 “atı” dəqiqədə 5700 və 6700 dövrdə alır.

Geniş diapazonda dəqiqədə 1750-dən 5500 dövrə qədər fırlanma anı 700 Nm-ə çatır. Güc aqreqatı 8-pilləli KPP “Tiptronic” və “Quattro” tam ötürücüsü ilə sürətlənir.

Gücdə müəyyən qədər uduzmasına baxmayaraq yeni universal “RS 6” 100 km/saata cəmi 3,9 saniəyə sürətlənir, yəni ötən nəsildən yarım saniyə tez. Maraqlısı ondadır ki, “yüzlüyə yürümə” tapşırığında yenilik rəqibi “BMW M5”-dən yarım saniyə tez, superkar “Lamborghini Gallardo”-dan isə cəmi 0,2 saniyə gec sürətlənir.

Maksimal sürətə gəldikdə isə o elektronika ilə 250 km/saat göstəricidə məhdudlaşır, lakin opsional paket “Dynamic” məhdudiyyəti 280 km/saata yaxınlaşdırır və “Dynamic Plus” paketinin quraşdırılması isə 305 km/saata sürətlənməyə imkan verir.

Yeri gəlmişkən bu cür qibtə oyadan dinamika ilə universal 4979mm uzunluqda düzəldilib və onun baqaj bölməsinin həcmi 1680 litrə çata bilər. Həmçinin qeyd olunmalıdır ki, yüngül materiallardan istifadə etməklə idman-universalının yaradıcıları onu təxminən əlavə 100 kiloqram ağırlıqdan xilas edə bildilər və onun “iştahını” 40% azaltdılar.

Sonuncu göstəriciyə həm də gərginlik olmadığı zaman silindirlərin bir hissəsini söndürən sistem sayəsində nail olunmuşdur. Əlbəttə ki, təkmilləşdirilmiş aerodinamik asmadan və 20-düymlük təkər disklərindən də istifadə olundu (21-düymlük disklər opsional olaraq əldə edilə bilər).

Bildirilir ki, universal standart buraxılışda arxa cərgədə iki idman oturacağı alacaq, bütov arxa divan isə opsiya olacaq. Avropada yeniliyin satışına gələn il start veriləcək.

AUTO.AZ



teqlər:
Audi, Audi RS6 06.12.2012

Şərhlər


AD