Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bugatti Veyron-u sənət əsərinə çevirdilər

Fransanın avtomobil düzəltmə şirkəti rəssam Bernar Venetin tərtib etdiyi eksklüziv “Bugatti Veyron Grand Sport”-un təsvirlərini və ona dair ətraflı məlumatı təqdim etdi. Hiper-karın xüsusi buraxılışı məxsusi olaraq “Art Basel Miami 2012” bədii sərgi üçün hazırlanmışdır.

“Bugatti” və Venetanın əməkdaşlığı nəticəsində rəssamın xəyalı ilə “Veyron” avtomobilinin əvəzolunmaz üslubunu özündə birləşdirən əsl sənət əsəri yarandı. Mayamidəki sərgidən sonra nadir “Veyron Grand Sport” modeli Rubel ailəsinin kolleksiyasında yer alacaqdır.

Bernar Venet hal-hazırda Nyu-Yorkda yaşayan fransız rəssamıdır. O, indiki dövrün ən nüfuzlu müasir heykəltaraşı kimi tanınır.

Bilavasitə avtomobilə gəldikdə isə rəssam onu nadir rəngə boyayıb. Hiper-karın qabaq hissəsində olan açıq narıncı rəng müxtəlif riyazi formul və simvolların təsviri ilə əsas qara rəngə keçir. “Veyron Super Sport” həmçinin yeni xromlaşdırılmış benzin çəni qapağı da alıb.

Analoji üslubda həmçinin salonun içindəki qapı panelləri də rənglənib. İnteryerin işlənməsində narıncı və qəhvəyi rəngdə olan yüksək keyfiyyətli materiallardan istifadə olunub. Təbii ki, bu şah əsərin yaranmasında bilavasitə iştirak edən rəssamın adı da bəzi elementlərin üzərində qeyd olunmuşdur.

AUTO.AZ



teqlər:
Bugatti, Bugatti Veyron, Veyron Grand Sport 05.12.2012

Şərhlər


AD