Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai konseptin interyerini köhnə skeytbordlarla bəzədi

Hyundai Veloster C3 Roll Top” konsepti koreya şirkəti tərəfindən Los-Ancelesdə təqdim olundu. Qeyri-adi hetçbekin növbəti modifikasiyası fəal gənclərə yönəldiyindən yeni yumşaq damla təchiz olunub və nəinki kupe-kabriolet, həmçinin pikap kimi də istifadə edilə bilər.

Konsept “pikap funksionallığının və kupe üslubunun açıq səma azadlığı ilə birləşdirilməsinin mümkün olduğunu nümayiş etdirmək məqsədi daşıyır”, deyə “Hyundai”-da yeni konseptin ideyasına aydınlıq gətiriblər.

“Veloster”-i nəinki arxaya, həm də qabağa yığıla bilən orijinal yumşaq damla və pikapın yük hissəsinin qapağını xatırladan yeni qapı almış modifikasiya olunmuş banın arxa hissəsi ilə təchiz etdilər. Konsepti düzəldənlər “Velosterin” funksionallığını kəskin surətdə artırsalar da onun adi kabriolet kimi istifadə edilə bilməsi imkanını saxladılar.

Yeni “dam-baqaj” sistemi ilə yanaşı “Hyundai Veloster” bir qədər modernləşdirilmiş eksteryer, ban üçün nadir rəng və 18-düymlük təkər diskləri də aldı. İnteryer ikirəngli dəri və düzəldilməsində 20-dən çox köhnə skeytborddan istifadə edilmiş ağacdan olan mozaik əlavələrlə bəzədilmişdir.

Nadir konseptin kapotunun altında 1,6 litrlik həcmi olan 200-güclü turbo mühərrik yerləşdirilib. Bu növ “kabriolet-pikapın” seriya buraxılışı barədə “Hyundai”hələlik məlumat vermir.

AUTO.AZ



Şərhlər


AD