Nissan Juke Nismo Dark Knight Edition hazırladı
“Nissan” şirkəti özünün “Juke” modelinin pərəstişkarlarını və Betmen barədə Nolan trilogiyası filmlərinin fanatlarını kompakt krossoverin xüsusi buraxılışı ilə sevindirmək qərarına gəldi. Bu buraxılış “Qara cəngavər: Əfsanənin canlanması” filminin DVD və Blue-Ray-də çıxması ilə eyni vaxta salınıb. “Juke Dark Knight Edition” gecə keşikçisi Qotemin “Tumbler” bet-mobilinin üslubuna tamamilə əksdir. Şəhər yolsuzluq avtomobilinin xüsusi buraxılışını sifariş etmək yalnız yapon istehsalçısının veb-saytında mümkün olacaq, onu almaq üçün isə xüsusi müsabiqədə qalib gəlmək lazımdır.
“Juke Dark Knight Edition”-ın təməli ən yüksək pillədə yer almış “Nismo” idman modifikasiyası üzərində qurulub. O 1,6-litrlik turbo yükləyicili, maksimal gücü 200 a.g. olan və 6-pilləli mexaniki sürət qutusu ilə birgə çalışan benzin mühərriklə təchiz edilib. Bu cür avtomobil ilk “yüzlüyə” 7,8 saniyəyə çatmağa qadirdir. Bundan əlavə “Juke Nismo” modifikasiyası idman tərzinə uyğunlaşdırılmış daha sərt asma və daha kəskin sükan idarəçiliyi ilə fərqlənir.
Buna baxmayaraq buraxılışın texniki göstəriciləri ikinci plana keçir, çünki əsas məqsəd “Dark Knight Edition” avtomobilinə “Qara cəngavərə” uyğun olan xarici görünüşü verməkdir. Bunun üçün “Nissan” dizaynerləri “Nismo” asması ilə təchiz olunmuş krossoverin banını çox az tünd qırmızı cizgilər əlavə olunmuş tutqun qara rəngə boyadılar. Nazik qırmızı xətt perimetr üzrə banın bütün aşağı hissəsini əhatə edir. Həmçinin avtomobilin yüngül lehimli 18 düymlük qara diskləri də qırmızı xətlərlə haşiyələnib.
Şəhər krossoverinin xarici görünüşünü damın üstündə olan üzgəc şəklində hazırlanmış antena və radiator barmaqlığında və arxa qapılarda yerləşdirilmiş uçan siçanın alüminiumdan olan təsvirləri tamamlayır. Bundan başqa arxa görünüş üçün olan yan güzgülərin korpuslarında xüsusi alovlar quraşdırılıb keçirilmişdir ki, bunlar qabaq qapıların yaxınlığında yol üzərinə uçan siçanın təsvirini salır.
“Juke Nismo Dark Knight Edition”-ın interyeri demək olar ki, “Nismo” işləməsinin standart variantındadır. O yalnız oturacaqların başaltılarında yerləşdirilmiş işıq əks etdirən Betmen loqotipləri və Qara cəngavər işarələri ilə qeyd olunmuş alüminium kandarlarla fərqlənir. Nadir buraxılışın qiyməti barədə məlumat verilmir.
teqlər: | Nissan, Nissan Juke, Nismo Dark Knight Edition | 03.12.2012 |