Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mazda 6-nı dözümlülük yarışı üçün hazırlayacaqlar

Mazda” şirkətinin Şimali Amerika bölməsi dözümlülük yarışında iştirak edəcək dizel sedanı “Mazda 6”-nın  xüsusi variantını hazırlayıb. Avtomobil modelin dizellə işləyən variantının ABŞ-da satışa buraxılmasından əvvəl “ağır yanacaq”-la işləyən mühərrikləri olan avtomobillərin təbliğ edilməsi məqsədilə düzəldilib.

“Biz bu avtomobilin yaranmasını bir neçə ay bundan əvvəl elan etməyə hazır idik, lakin modelin rəsmi təqdimat mərasimini gözləməli idik (yeni nəsil “Mazda 6”-nın dünya premyerası Moskva avtosalonunda keçdi.

Mühərrik güc və etibarlılıq cəhətdən bütün tələblərə cavab verir. O 50 saat iş ərzində 400 a.g.-dən daha çox güc verir. Bununla belə onun detallarının çoxu “Mazda” tərəfindən istehsal olunub və bu xüsusi yarış mühərriki deyil, onda standart mühərrik bloku “Skyactiv-D” var”, deyə Los-Angeles avtosalonunda ABŞ-da yapon markasının avtoidman bölməsinin başçısı Con Dunan məlumat verib.

İlk dəfə dizel ilə işləyən “Mazda” 24-saatlıq “Rolex 24” yürüşünə qoşulacaq. Yarış Florida ştatındakı “Daytona Beach” avtodromunda gələn il yanvarın 26-dan 27-dək keçiriləcək. Bu “altılıq” “Rolex 24”-ə qoşulacaq ilk dizel avtomobili olacaq. Avtomobili kimin idarə edəcəyi məlum deyil.

AUTO.AZ



teqlər:
Mazda, Mazda6 03.12.2012

Şərhlər


AD