Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Toyota RAV4-ün xarici görünüşü və interyeri açıqlandı

Yeni nəsil “Toyota RAV4”-ün eksteryer və interyeri daha sirr deyil: bu qışın ən gözlənilən “Toyota” yeniliyinin rəsmi şəkillərinin qlobal şəbəkəyə sızıntısı müəyyən edilib. “Canlı” krossoverin təqdimat mərasimi noyabrın axırında Los-Anceles avtosalonunda keçiriləcək.

“Carstyleblog” portalında dərc edilmiş şəkillərə görə, krossover doğurdan da “Toyota Camry” üslubunda yenidən işlənmiş yeni eksteryer əldə edəcək. Tanınmış obrazı saxladıqda “RAV4” daha dinamik göründü və arasında qabaq və arxa optika, bamperlər və radiator barmaqlığı olan bir sıra dizayner elementləri əldə etdi. İnteryer daha müasir ruhda yenidən tərtib olunub, lakin mərkəzi konsolun “çoxmərtəbəliyi” də həmçinin saxlanılıb.

Texniki məlumata gəldikdə isə “Toyota” hələ ki, onu gizlədir. İlkin məlumatlara görə krossover gələcək nəslin ciddi modifikasiya olunmuş platforması və təkrar düşünülmüş mühərrik qamması əldə edəcək. Bunula belə söz verirlər ki, əsas mühərrik adi 2-litrliyin yerinə 2,5 litr həcmli mühərrik olacaq.

Başqa məlumatlara görə “Toyota”-da krossoveri hal-hazırda Şimali Amerika bazarında əlverişli olan 3,5 litr həcmli, altısilindrli mühərriklə təchiz etməkdən imtina etməyə hazırlaşırlar.

Transmissiyalar parkını həmçinin yenilənmə gözləyir – dördpilləli “avtomat” yerini daha müasir altıpilləli qutuya verəcək. Yeniliyi Los-Anceles tamaşaçısına ayın axrnda göstərəcəklər – rəsmi şəkildə avtosalon noyabrın 30-u açılır. Yeni “Toyota RAV4”-ün Avropaya nə vaxt çatacağı hələ məlum deyil.

AUTO.AZ



Şərhlər


AD