Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SR Auto-dan Lamborghini Gallardo Spider Mastermind

Kanadanın “SR Auto Group” atelyesinin tünerləri özlərinin sonuncu işi – eksklüziv superkar “Mastermind” adlanan “Lamborghini Gallardo Spider”-i təqdim etdilər.

İtalyan rodsterini “Hamann” alman şirkətindən üslubi təkərlərlə təchiz edib, “SR Auto” üçün ənənəvi olan super effektli naxışla bəzədilər. Əsas odur ki, hazırki tüninq proqramı “Lamborghini Gallardo”-nun həm restaylinqdən əvvəlki, həm də sonrakı variantına uyğun gəlir.

Çox sürətli rodsterdə “Hamann” atelyesinin asma detallarından ön bamperin önlüyü, qapıaltlarin yan qoymaları, arxa bamperin alt ətəyi və arxadakı kiçik spoyler meydana gəldi.

Bodi-kit kömür lifindən düzəldildiyindən o avtomobilin hazırlanmış çəkisini demək olar ki, artırmır və onun aerodinamik xüsusiyyətlərini hiss olunacaq dərəcədə yaxlaşdırır.

Ağappaq ban qara dam və hər iki bamperin qara ventilyasiya dəlikləri ilə ziddiyyət təşkil edir. Kapotun qara və mühərrik bölməsinin damında müxtəlif rəngli yapışqanların olması superkara eksklüzivlik verir.

Qabaqdan “20х8,5”, arxadan isə “20х11” düym ölçülü çoxmilli qara tutqun “PUR 2WO Monoblock” diskləri son cizgilər oldu.

AUTO.AZ



Şərhlər


AD