Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Elektrik “Fiat 500e” Los-Ancelesdə debüt edir

Fiat” şirkəti, təqdimat mərasimi noyabrin axırı Los-Anceles avtosalonunda keçiriləcək kompakt hetçbek “500”-ü elektromobilə çevirdi. Lakin bundan da əvvəl yeniliyi “American Music Awards” tədbirində təqdim edəcəklər.

Elektromobil sadə “Fiat 500e” adını aldı və xarici görünüşcə öz həmsənətindən qeyri-adi kontrast haşiyəli ənənəvi DVS-i olan yeni bamperlə, o cümlədən kandar əlavələri və aerodinamik müqaviməti dərəcəsini aşağı salan xüsusi dizayna malik təkər diskləri ilə fərqlənir.

Elektrik “beşyüzlüyün” salonunda cihazlar paneli dəyişmiş, sürət qutusunun qolunun yerində isə elektromühərrikin idarəetmə düymələri meydana gəlmişdir. Düzdür “500e”-nin texniki hissəsi barədə məlumat verilmir – təfərrüatlar bir qədər sonra məlum olacaq.

Hələlik avtomobil istehsalçısı yeni elektromobilin satışının 2013-cü ildə Kaliforniyada başlayacağı barədə planlarını açıqlayır. Qiymətlər və satış coğrafiyasının genişləndirilməsi barədə məlumat verilmir.

AUTO.AZ



teqlər:
Fiat, Fiat 500, LosAngeles Auto Show 2012 20.11.2012

Şərhlər


AD