Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

McLaren 30 ədəd MP4-12С Can-Am istehsal edəcək

Britaniya istehsalçısı “McLaren”-nin “MP4-12C Can-Am” modelini ilk dəfə bu yay Pebl Biç-də keçirilən “Concours d’Elegance” sərgisində konsept kimi göstərdilər. O zaman ingilis şirkətinin rəhbərliyi təşkilatın bu avtomobil üçün hansı planlarının olduğunu açıqlamadı.

Bu gün məlum oldu ki, “McLaren GT super-kar MP4-12C Can-Am” hər halda istehsal olunacaq və 30 ədədlə məhdudlaşan tirajla buraxılacaq. Hər avtomobilin qiyməti təsiredici 375 000 avro olacaq.

“McLaren” şirkəti “MP4-12C GT Can-Am”-ı treklə getmək üçün nəzərdə tutulan sport-kar kimi mövqeləndirir. Onun hazırlanmasında binövrə kimi qeyri-məhdud 3.8 litrlik səkkizsilidrli, iki turbinli mühərrik variantı ilə təchiz olunmuş “12C GT3” yarış bolidi götürülüb.

Britaniya istehsalçısının mühəndisləri mühərrikin kalibrini ölçdülər, həmçinin mükəmməlləşdirilmiş soyutma sistemi quraşdırdılar. Bu da güc qurğusundan 630 a.g. maksimal sürət almağa imkan verdi. Bununla da “MP4-12С Can-Am Edition” hal-hazırda ən güclü “12С” variantı oldu.

Yeni aerodinamik asmanın bir hissəsi olan böyük arxa spoyler karbon materialından hazılanıb və arxa xəttin təzyiq gücünü təxminən 30 faiz artırmağa imkan verib. Bundan başqa, avtomobil kapotda əlavə ventilyasiya dəlikləri, qabaq bamperin görünən splitteri , arxa görünüş yan güzgülərinin karbon korpusları, həmçinin unikal sarı-qara ban rəngi, pəncərə altıları və orijinal yarış bolidi “GT3”-də olan “Can-Am” nişanları ilə təmin olnub.

Bundan başqa, “MP4-12С”-nin eksklüziv buraxılışı “FIA” tərəfindən təsdiq edilmiş çoxnöqtəli təhlükəsizlik karkası, altınöqtəli təhlükəsizlik kəmərləri və “GT3” bolidinin sükan dairəsi ilə təchiz olunacaq.

Buna əlavə olaraq, superkarda salonu mərkəzi paneldən soyudan, kömür lifindən hazırlamış kondisioner olacaq. Həmçinin “McLaren” şirkəti öz alıcıları üçün “MP4-12С Can-Am Edition”-nun texniki xidmətində kömək edəcək müxtəlif paketlərin geniş seçimini təklif edir.

Buna baxmayaraq modelin təsvirində deyilir ki, model ümumi istifadə olunan yollar üçün lisenziyalaşdırmanı keçməyib. Həmçinin onun heç bir müasir yarış seriyasına keçidi yoxdur. Deməli, “MP4-12C GT Can-Am”-da yalnız treklə getmək olar.

AUTO.AZ



teqlər:
McLaren, McLaren MP4-12C, MP4-12C Can-Am 19.11.2012

Şərhlər


AD