Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

MEC Design-dan Mercedes SLS AMG Black Series

Almaniyanın tüninq-atelyesi “MEC Design” superkar “Mercedes-Benz SLS AMG”-ə satışdansonra yenilik vermək üçün öz proqramını təqdim etdi. Ətraflı işlənmiş variant “Black Series” adını aldı, lakin dizayn nöqteyi-nəzərindən o elə də “doldurulmuş” “SLS AMG Black Series” modifikasiyasına oxşamır.

Tünerlər aerodinamik asma üçün öz variantlarını yaratdılar və mühərrikin məhsuldarlığının artırılmasının, o cümlədən avtomobilin idarəçiliyinin yaxşılaşdırılmasının da qeydinə qaldılar. Avtomobilin interyeri üçün “MEC Design” şirkəti həmçinin bir neçə dəbli aksesuarlar da hazırladılar.

Yeni bodi-kit işıqdiodlu mürəkkəb tərkibli qabaq bamperdən, dam üçün təknədən, yan ətəklərdən, dörd çıxıntılı diffuzoru olan yenidən işlənmiş arxa bamperdən və damın sonunda və baqaj hissənin üstündə yerləşdirilmiş iki ensiz spoylerdən ibarətdir.

Avtomobilin idmansayağı olmasını asmanın aşağı salınması, böyük gümüşü disklər və qazçıxarma sistemi üçün parıldayan borular vurğulayır. Kupenin salonu ustalıqla iki rəngli dəridən və karbondan işlənmişdur.

6,2 litrlik atmosfer V8 mühərrikinə alman tünerləri əlavə 60 at gücü qoşmağa nail oldular. Bunun nəticəsində mühərrikin ümumi gücü 630 a.g təşkil edir.

AUTO.AZ



Şərhlər


AD