Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Subaru Forester-i rəsmi surətdə təqdim etdilər

Subaru” şirkəti yeni nəsil krossover “Forester”-in rəsmi şəkillərini yayımladı. Rəsmi olaraq dünya premyerasının 30 noyabrda Los-Anceles beynəlxalq avtosalonunda keçiriləcəyinə baxmayaraq, biz artıq Yaponiyanın daxılı bazarı üçün təyin edilmiş avtomobilin xarici görünüşündən zövq ala bilərik.

Əvvəllər biz yeni “Forester”-in ilk şəkillərini görmüşdük və dizaynda heç bir inqilabın baş vermədiyindən əmin olmuşduq. Lakin şirkət avtomobilin görünüşünü yeni radiator barmaqlığı, bamperlər və bir az da başqa fənərlər hesabına yenilədi.

Yeni nəsil “Subaru Forester”-in interyeri “Impreza” və “XV” modelləri ilə demək olar ki, eynidir. Lakin yeni çoxfunksiyalı displeyi, üç cür cihaz panelini və əşya saxlamaq üçün çoxlu ləmələri qeyd etmək lazımdır.

Bundan başqa, ilk dəfə olaraq “Forester”-də yük yerini uzaqdan açmaq olar, qapı qaldırmanın hündürlüyü xüsusi funksiya ilə tənzimlənir. Bunun sayəsində beşinci qapını heç bir problem olmadan aşağı tavanlı yerdə - məsələn qarajda açmaq olar.

Avtomobilin yapon varianti iki mühərriklə təqdim olunur: 148 a.g. olan, 6-pilləli “mexanika” və ya pilləsiz “CVT” variatoru ilə işləyən 2,0 litrlik dördsilindrli mühərrik, yaxud 280 a.g. verən, yalnız variatorla əlverişli olan, 2,0 litrlik turbolaşdırılmış mühərrik.

Digər bazarlarda daha sakit, 170 a.g. verən 2.5 litrlik atmosfer mühərriki meydana gələcək. O 6-pilləli “mexanika” və ya yeni “Lineartronic” variatoru ilə tamamlanacaq. Gələcəkdə model başqa aqreqatlar və həmçinin dizellər əldə edəcək.

Tam ötürücü – əvvəlki kimi simmetrikdir. Bundan əlavə variatorlu variant yeni iş rejimi – “X-Mode” əldə edib. Bu rejim torpaqda, sürüşkən yolda və yol olmayan yerdə 40 km/saata qədər sürətlə daha yaxşı idarəetmə üçün nəzərdə tutulub.

Yaponiyada yeni “Subaru Forester”-in qiymətləri 2 089 500 yendən başlayır.

AUTO.AZ



Şərhlər


AD