Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Honda Los-Ancelesdə yenilənmiş Civic təqdim edəcək

Yapon avtomobil istehsalçısı “Honda” “Civic” sedanını amerika bazarı üçün təcili surətdə bir daha yeniləmək qərarına gəldi. Yeni variant artıq cari ilin noyabr ayının  30-dan dekabrın 9-na qədər keçırıləcək Los-Anceles avtosalonu çərçivəsində təqdim olunacaq.

Yenilənmiş “Civic” cari ilin aprelində Nyu-York avtosalonunda debüt etmişdi. Lakin təqdimat mərasimindən sonra “Honda” öz ünvanına o qədər tənqid və mənfi rəy eşitdi ki, rəhbərlik avtomobili təcili olaraq bir də yeniləmək qərarına gəldi. Uğursuz debütdən bir müddət sonra “Honda”-nın amerika bölməsinin vitse-prezidenti Con Mendel avtomobilin qrafikdən kənar yenilənəcəyini təsdiq etdi.

Dəyişilmiş “Civic”-i amerika tamaşaçısına Los-Anceles avtosalonunda göstərəcəklər. Sedan əvvəlki variantdan yeni qabaq fənərlər, daha təsirli kapot, həmçinin qabaq bamper və radiator barmaqlığında xromlanmış qoymalarla fərqlənir. “Honda” avtomobilin arxa hissəsində fənərləri və bamperin dizaynını dəyişib. Təkər diskləri də dəyişilib.

Bundan əlavə istehsalçı təkidlə bildirir ki, avtomobilin təhlükəsizliyini artırmağa və salonun rahatliğını yaxşılaşdırmağa müvəffəq olub. İnteryerin də dizaynı dəyişib. Bütün yeniliklər sayəsində yenilənmiş “Civic” “kompakt-klasda ən yaxşı” olub.

Ehtimal olunur ki, mühərrik qamması dəyişməyəcək. Lakin şirkətdən avtomobilin şassisini də yenilədiklərini bildiriblər. Məhz nəyin dəyişdiyi barədə isə məlumat verilmir.

AUTO.AZ



Şərhlər


AD