Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW X4-ü artıq yanvarda təqdim edəcəklər

Görünür “BMW”-nin öz növbəti krossoverini təqdim edəcəyi barədə şaiyələr gerçəkləşir – hətta “Х4” adlanan avtomobilin təqdimat mərasiminin konkret tarixi də məlum oldu. Bir sıra qərb KİV-nin verdiyi məlumata görə, bu modeli yanvarda Detroyt avtosalonunda göstərəcəklər. Düzdür seriya modeli kimi deyil, yalnız prototip kimi – “BMW X4”-ün istehsalı 2013-cü ilin ikinci yarısında başlanacaq.

“BMW X4” indi dəbdə olan banda, dördqapılı kupe avtomobilini təqdim edəcək. O “Х3”-dən böyük (bununla belə onun platformasını götürəcək), “Х6”-dan isə kiçik olacaq. Habelə onun əsas “fişkası” avtomobilin obrazını kifayət qədər sürətli edən çox əyilmiş arxa dayaqlar olacaq.

“Х4”-ün kapotunun altına “Х3”-ün mühərriklərinin yerləşdirilməsi güman edilir. “X4 M” variantı da meydana gələcək. Bu variant 3,0 litrlik turbolaşdırılmış mühərriklə təchiz olunacaq (indi yeni nəsil “BMW M3” üçün onun hazırlaması gedir). 381 a.g. verən dizel mühərriki olan “M”-in də olacağı gözlənilir.

AUTO.AZ



teqlər:
BMW, BMW X4, Detroit Auto Show 2013 14.11.2012

Şərhlər


AD