Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW M6 Gran Coupe-ni seçilmiş müştərilərə göstərdilər

Seriya “BMW M6 Gran Coupe”-i Nürburqrinqdə keçirilmiş qapalı göstəriş çərçivəsində seçilmiş tamaşaçı qarşısına çıxdı. Lakin yeniliyin tədbirdə çəkilmiş şəkilləri İnternetə keçib. “BMW”-nin ən məşhur dördqapılı kupesinin ictimai debütü yanvarda olacaq. Məsələnin texniki tərəfi barədə “BMW”-də danışmamağa üstünlük verirlər. Lakin şəkillərdən “М” hərfi əlavə olunduqdan sonra “Gran Coupe”-nin xarici görünüşünün necə dəyişəcəyi barədə nəticə çixartmaq olar. Dördqapılı kupe 20-düymlük təkər diskləri, aqressiv bamperləri olan yeni aerodinamik paket, diffuzor və görkəmli əyləc diskləri əldə edəcək.

Bundan əlavə, ilkin məlumatlara görə, “M6 Gran Coupe” çəkisinin azalması üçün banın detallarının bir hissəsinin karbn analoqları ilə dəyişdirilməsi də daxil olmaqla, bir sıra tədbirlərdən keçəcək.

Aqreqata gəldikdə isə, məlumdur ki, bavariya dördqapılısını 4,4 litr həcmli ikiqat turboyükləyicili səkkizsilindrli, 560 a.g. və 680 Nm sürət verən mühərriklə təchiz edəcəklər. Fırlanma anının maksimumu 1 750-dən 5 750 d/dəqiqəyə qədər diapazonda əlverişli olacaq. Beləliklə, “M6 Gran Coupe” mühərriki ikiqapılı variantdan götürəcək. Yeri gəlmişkən, “BMW M6” 100 km/saata sürətlənməyə 4,2 saniyə sərf edir. Aydındır ki, “Gran Coupe” bir az astadır.

“BMW”-də “V8”-i 7-pilləli iki muftalı firma sürət qutusu ilə aqreqatlaşdırmağa hazırlaşırlar. Bundan başqa, yenilik aktiv differensial da əldə edəcək. “BMW M6 Gran Coupe”-nin internet-təqdimatı dekabrda olacaq. Yeniliyin ictimai debütü isə Detroyt avtosalonunda keçiriləcək.

AUTO.AZ



Şərhlər


AD