Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes yeni SLS AMG Black Series-in sirrini açdı

Alman istehsalçısı öz yeni modeli “SLS AMG Black Series” üçün qeyri adi təqdimat mərasimi keçirmək qərarına gəldi. Noyabrın 8-də şirkət təqdimat mərasiminin “24 saatdan tez“ olacağını söz verən tizer buraxdı.

Mercedes-Benz” sözünü tutub yenliyi bütün gözəlliyi ilə təqdim etdi. Bütün “Qara seriya” təmsilçiləri kimi, “SLS AMG” ilk növbədə artırılmış güc, azaldılmış çəki və əlbəttə ki, yaxşılaşdırılmış aerodinamika ilə fərqlənir.

Sonuncu cəhət avtomobilin xarici görünüşünə təsir etdi. Bundan əlavə, şirkətdə “SLS AMG Black Series”-i parlaq sarı rəngə boyamaq qərarına gəliblər. Avtomobilin kapotunun altında 622 a.g. verən, artıq tanınmış, 8-silindrli 6,2-litrlik mühərrik yerləşir.

Müqayisə üçün, standart “SLS AMG GT” (bu ailədə ən güclü) 583 a.g. ilə “kifayətlənir”. Maksimal fırlanma anı 634-dən 648 Nm-ə qədər artırılıb. Avtomobil üzərində olunan bütün işlərdən sonra, 100 km/saata sürət yığma vaxtını  0,2 saniyə azaldıb 3,6 saniyəyə çatdırmaq mümkün olub.

Maksimal sürət 315 km/saata qədər artıb. Bununla belə yanacaq sərfi qarışıq dövrdə 100 km yola 13,7 litr təşkil edir. Aerodinamikanın yaxşılaşdırılmış göstəricilərinə görə, əlbəttə ki, karbondan düzəldilmiş qabaq splitter, yan “ətəklər” və çox iri arxa diffuzor cavab verir.

Yeri gəlmişkən, avtmobilin kütləsi cəmi 1550 kq edir ki, bu da seriya “SLS AMG GT”-dən 70 kq yüngüldü. Təkcə titan qazçıxma sistemi 13 kq qənaət edib. Idman oturacaqları daha 15 kq atıb. 6 kq avtomobildən “Comand” multimediya sistemini çıxartdıqda, 8 kq isə litium-ionların batareyalarının dəyişdirilməsində qənaət edilib.

Qabaqda yeni 19-düymlük təkər diskləri dayanıb. Arxa xəttə isə şirkətdə 20-düymlük disklər qoymaq qərarına gəliblər. Hətta bu avtomobili də yaxşılaşdırmaq olar. Istehsalçı seçim kimi, məsələn, karbon, köklənə bilən arxa spoyler təqdim edir.

“Mercedes” qiyməti hələ gizli saxlayır. Məlumdur ki, “SLS AMG Black Series” satışa 2013-cü ilin iyununda buraxılacaq.

AUTO.AZ



Şərhlər


AD