Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Britaniyalılar BMW dizeli olan ralli Evoque-u düzəltdilər

“RaBe Rally Cars” britaniya studiyasında, “Range Rover Evoque”-un əsasında ralli-reydlər üçün idman yolsuzluq avtomobili düzəltdilər. Dizeli “BMW”-dən olan prototip məşhur “Dakar” ralli-marafonunda iştirak edəcək. Lakin bu yalnız 2014-cü ildə olacaq. İndi “Desert Warrior 3” adlanan prototipin kapotunun altında “BMW” istehsalı olan 3,0 litr həcmli dizel sıra “altılığı” gizlənir.

Yolsuzluq avtomobilinin düzəlməsi prosesində onun gücü FIA-nın texniki məhdudiyyətlərinə uyğun olaraq 275 a.g. və 850 Nm qurulmuşdu. Lakin qeyd olunur ki, mühərrik asanlıqla 350 a.g.-nə qədər sürət yığa bilir. Yeni güc qurğusundan əlavə, prototip gücləndirilmiş şassi əldə etdi – studiyada qeyd edirlər ki, onun hazırlanmasında tünerlərin əvvəlki üç “Dakar”-da əldə edilmiş təcrübələri nəzərə alınıb. Bundan əlavə, “Desert Warrior” artırılmış klirensi olan idman asması, yarış üçün olan “BF Goodrich” rezinli təkər diskləri, həmçinin böyük 260 litr həcmli benzin bakına malikdir. Onun sayəsində yolsuzluq avtomobilinin gediş məsafəsi bir yanacaq doldurulmasında 1200 km-ə qədər artıb.

Gələn ildə ralli-reyd üzrə dünya birinciliyində, 2014-cü ildə isə “Dakar” marafonunda iştirak etməyi planlaşdıran “Excite Rally Raid Team” idman komandası üçün bir dəfəyə üç “Desert Warrior 3” prototipi düzəldilib.

AUTO.AZ



Şərhlər


AD