Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Slek Designs tüninqində Bentley Continental GT

“SEMA Show” avtomobil sərgisində nəzərə çarpmamış yeniliklərdən biri “Slek Designs” studiyasının mütəxəssisləri tərəfindən mükəmməlləşdirilmiş britaniya sportkarı “Bentley Continental GT” oldu.

Bu avtomobil “Sector 7 Motoring Group”-un sifarişi ilə hazırlanıb. Onun cari modeldən əsas fərqi detallarının əksəriyyəti karbon liflərindən olan bodi-kit oldu.

Yeni asmadan əlavə kupeni yeni təkərlər və aşağı salınmış asılqanla təchiz etdilər. Bunlar demək olar ki, hər bir tüninq olunmuş avtomobilin ayrılmaz hissəsidir.

Möhtəşəm ingilis idman avtomobili üç böyük hava çıxışlı və enli aşağı dodağı olan yenidən işlənmiş qabaq bamperə, barmaqlığın karbon çərçivəsinə və karbon hava təmizləyən kapota malikdir.

Kənarları karbon ətəklər, arxanı isə yük yerinin karbon qapağı və karbon diffuzor bəzəyir. Sportkarın banını qara parıltı ilə rəngləyib parıldayana qədər cilalayıblar. Tünd rəngli bana uyğun olaraq fənərlər qaraldılıb, maşının şüşələrinə isə ton verilib.

Çoxmilli, aşağı profilli “HRE Wheels” təkər diskləri və yola maksimal dərəcədə yaxınlaşdırılmış altlıq “Bentley Continental GT”-yə idman üslubu əlavə edir.

AUTO.AZ



Şərhlər


AD