Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hamann superkar McLaren-i 95 000 avroya rəngləyəcək

“Hamann” tüninq studiyası superkar “McLaren MP4-12C”-dən “sənət əsəri” yaratmaq üçün art-layihə elan etdi. Banın aerodinamik elementlərinin kiçik modernləşdirilməsi və yeni təkər diskləri ilə superkarın unikal boyanması onun qiymətini 95 000 avro qədər artırır.

“Hamann” studiyasının mütəxəssisləri “memoR” layihəsini “eybəcər küçələri ecazkar podiuma çevirən rəngin möhtəşəm partlayışı” kimi təsvir edirlər. Superkar “McLaren MP4-12C”-nin unikal ban rənginə görə kimin məsuliyyət daşıdığı dəqiqləşdirilmir. Lakin tünerlər bildiriblər ki, kupenin eksteryerini 1995-ci ildə Le Manda sutkalıq yarışın qalibi məşhur “McLaren F1”-in ruhunda işləyiblər. Beləliklə, superkar yeni qanadlar, kapot, bamperlər və bəzi başqa aerodinamik elementlərlə təchiz olunmuşdur.

Yeni ban detallarının hissəsi karbondan  hazırlanıb və bu da “Hamann” mütəxəssislərinə “memoR”-a dönmüş superkarın bir qədər “arıqladığını” deməyə əsas verir. Bundan başqa o qabaq oxda 255/30ZR21, arxa oxda isə 355/25ZR21 ölçülərində olan ultra-yüngül tökmə disklərə malik olmuşdur. Düzdür “McLaren”-nin itirdiyi kiloqramlar salonun apqreydi hesabınadır və tünerlər vəd edirlər ki, onu alıcının istəyinə tam müvafiq şəkildə düzəldəcəklər. Təəccüblü heç nə yoxdur – “Hamann”-da superkarın “memoR” adlı incəsənət əsəsrinə çevrilməyinin dəyərini vergi daxil olmadan 95000 avro dəyərində qiymətləndirirlər.

AUTO.AZ



teqlər:
McLaren, McLaren MP4-12C, Hamann 08.11.2012

Şərhlər


AD