Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeganə, kolleksiya üçün yığılmış Chevrolet Corvette təqdim olundu

“General Motors” Las Veqasdakı “SEMA” şousunda kolleksiya buraxılışı üçün “Corvette 427 Convertible”-ı təqdim etdi. Bu avtomobil “Corvette” brendinin 60 illiyi münasibətilə “Corvette 427 Convertible”-ın əsasında yeganə nümunə kimi düzəldilib. Unikal avtomobil məşhur Amerika teleaparıcısı Qay Fiyeri ilə əməkdaşlıq nəticəsində işlənib hazırlanib.

Kolleksiya nümunəsinin mühərriki dəyişilməyib – bütün “Z06 Corvette”-də quraşdırılmış 7-litrlik “V8 LS7”-dir. O 513 a.g. və 637 Nm fırlanma anı verir. 
Ban, əyləc supportları və interyerin bəzi detalları təkrarlanan, sarı zolaqlı qara rəngə boyanıb.

Bu uyğunlaşma “2011 Chevrolet Camaro Convertible” da daxil olmaqla Qay Fiyeriyə məxsus olan iki avtomobilin rənginə görə seçilib. Qabaq spoyler kimi bəzi estetik detallar, həmçinin qabaqda 19-düymlük, arxada isə 20 düymlük təkər diskləri karbondan hazırlanıb və bilavasitə “Corvette ZR1”-dən əldə edilib.

AUTO.AZ



Şərhlər


AD