Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Honda Accord Coupe HFP Limited Edition-u təqdim etdi

Honda Accord Coupe”-nin yeni nəslinin rəsmi debütü cəmi üç ay bundan əvvəl olub və görünür ki, “Honda” artıq bizi populyar avtomobilin cəlbedici yenilənməsi ilə təəccübləndirmək qərarına gəlib.

Yapon avtomobil istehsalçısının “SEMA 2012” tüninq sərgisindəki stendində çox maraqlı “Coupe HFP” layihəsini görmək olar (Honda Factory Performance).

Cəmi 500 belə avtomobil buraxılacaq. Onların qiyməti ABŞ-da 23350 dollar olan adi “Accord”-dan 4650 dollar çox olacaq. Xüsusi variantın satışı 2013-cü ilin yazında başlanacaq. “HFP”-in yeni paketi yeni nəsil “Accord Coupe”-nin eksteryeri üçün bir sıra yadda qalan yeniliklər təqdim edir.

Bu yeniliklər avtomobili daha parlaq edəcək. Onların tərkibinə qabaq, yan və arxa spoylerlər və “HFP”-dən 19-düymlük yüngül lehimli təkər diskləri dəsti daxildir. Bundan başqa, “Honda” mühəndisləri “Accord Coupe”-yə yeni idman asılqanı quraşdırıblar. Bu asılqan avtomobilin klirensini 15 mm aşağı salır və idarəetməni yaxşılaşdırır.

Salonda qırmızı işıq, xalılar və başaltılarda “HFP” loqotipi meydana gəlib.

AUTO.AZ



teqlər:
Honda, Honda Accord, Accord Coupe, SEMA 2012 06.11.2012

Şərhlər


AD