Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner-dən SEMA-da Bentley Continental BR-10

SEMA 2012 tüninq-şousu artıq bitmişdir, lakin biz ötən 3 gün ərzində Las-Veqasda dünyanın ən məşhur atelyelərinin təqdi etdikləri ən layiqli nümunələr barədə söhbətimizi davam edirik. Bu dəfə növbə “Vorsteiner”-dən olan lüks avtomobillərinin satışdan sonra yeniləmələri üzrə ixtisaslaşan almanlara gəldi.

Bentley Continental BR-10” layihəsi “Vorsteiner”-in gördüyü keyfiyyətli işlər üçün ən yaxşı nümunədir. Onun əsasında məşhur Britaniya kupesi dayanır. Alman atelyesinin mütəxəssisləri avtomobili onun idman yönümlü olduğunu bildirən unikal bodi-kitlə təchiz etdilər. Qabaq tərəfdən dəyişiklik tamamilə dəyişilmiş qabaq bamperdən başlayır. O görünüşü dəyişilmiş 3 hava çıxışı və radiator barmaqlığı tonunda bağlı xromlaşdırılmış barmaqlıq almışdır.

Bamperin aşağı hissəsini indi enli fiqurlu örtük bəzəyir ki, onu orta hissəsində elə də böyük olmayan, lakin nəzərəçarpan splitter dayanr. Qabaq və arxa qanadlar bir qədər enliləşdirilib, onların arasında isə böyük yan ətəklər və daha sonra dəyişilmiş arxa bamperə keçəcək xromlaşdırılmış “üzgəc” var.

Parlaq əlavələr almaqla yanaşı, arxa bamper qabarit cəhətdən də böyüyüb və qara diffuzor alıb ki, onun arasından ellipsoid formasında olan qazçıxma sisteminin bir cüt sonluqları görünür. Arxa hissədəki dəyişikliyi baqajın qapağının kənarında yerləşdirilmiş dəbli kiçik deflektor tamamlayır. Bütün yenidən quraşdırılmış elementlər olduqca yüngül materiallardan hazırlanıb ki, bu da idman kupesinin çəki xarakteristikasına böyük təsir edib.

Qeyd edilməlidir ki, “Vorsteiner”-dən olan “Bentley Continental BR-10” stenddə məşhur təkər diskləri istehsalçısı olan “Giovanna Wheels”-dən olan təkərlərlə, hətta 2 nüsxədə dayanmışdı. Avtomobillərdən biri içəri əyilmiş 8 milli parlaq diskləri olan mat-qara rəngli təkərlərlə lovğalanırdı. Digər “Continental BR-10” da parlaq disklərə malik idi, lakin onun milləri ikiqat, görünən hissədə parlaq-qara, daxildən isə metallik idi.

Ümumilikdə, alman tüninq atelyesinin üslubu bir daha sübut edir ki, bahalı “Bentley Continental” kupeyə onun sanballı görünüşünü dəyişmədən idman xarakteri və aqresiv notlar vermək olar.

AUTO.AZ



Şərhlər


AD