Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toni Stüartın Chevrolet Camaro ZL1-ni SEMA-da təqdim etdilər

Dünyada ən məşhur yürüş seriyası “NASCAR Sprint Cup” üzrə üçqat çempion olmuş Toni Stüart amerikan istehsalatçısı “Chevrolet”-dən özünün 2 qapılı “Camaro ZL1” avtomobilini aldı.

Onun hazırlanması ilə “Chevrolet”-in layihə şöbəsinin rəhbəri Deyv Rossla əməkdaşlıq edərək Toni özü şəxsən məşğul olmuşdur. “Camaro ZL1”-in yürüşçüyə lazım olan bütün kriteriyalara cavab verməsi üçün Stüarta bir neçə dəfə “GM Design Center”-ə getmək lazım olub. Alınmış nəticəni hal-hazırda Las-Veqasda olan hər bir kəs görə bilər.

Belə yüksək səviyyəli professional üçün əsas kriteriya, əlbəttə ki, avtomobilinin sürət xarakteristikasıdır. Buna görə də Stüart onun masl-karının 6,2 litrlik “LSA” güc qurğusunun çıxış gücünü artıracaq mexaniki sıxıcı kompressorla təchiz olunmasını arzu etmişdir.

Kompressorunu quraşdırılması nəticəsində onun maksimal gücü 580 a.g. olmuşdur ki, bu da massiv 2-qapılı avtomobilə 60 mil/saat (96 km/saat) sürəti cəmi 4 saniyəyə yığmağa kömək edir. Onun maksimal sürətii isə 186 mil/saatdır (300 km/saat).

Toni Stüart üçün hazırlanmış “Camaro ZL1”-in eksteryeri də bir neçə xüsusiyyətlərə malikdir. Onlardan biri də onun banın qırmızı təzadlı aeroqrafika ilə bəzədilmiş parlaq boz rəngə boyanmasıdır ki, bu da öz növbəsində alovun ətraflarını xatırladır.

Qabaq və arxa optikanın linzaları indi faralara qırmızı rəng saçmağa imkan verir ki, bu da avtomobilə bir qədər qəzəbli görüntü verir. Xarici stilizasiya komplektini böyük təkər diskləri tamamlayır. Onlar bir az qırmızı aksentlər əlavə olunmaqla parlaq qara “Piano Black” rəngə boyanmışlar.

Nadir masl-karın interyeri dahi yürüşçü üçün və onun rəhbərliyi altında hazırlanmışdır. Oturacaqlar təzadlı aloye tikişləri olan təbii qara dəri “Jet Black”-lə örtülmüş və qapı panellərində, mərkəzi konsolda və sükan dairəsində də olan zamşa əlavələri ilə təchiz edilmişlər.

Bununla yanaşı bütöv mərkəzi paneli nadir qırmızı lazer şəkli bəzəyir. Ağ fransız kantı ilə dəridən hazırlanmış qoltuqaltı və yürüşçünün imzası olan başaltıları çox sürətli kupenin dizayner siyahısını başa çatdırır.

AUTO.AZ



Şərhlər


AD