Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mini Countryman ilk yeniliyini yaşadı

Ən böyük “Mini” ilk apqreydini yaşayır: istehsalçı krossover “Countryman”-nin 2013-cü il model ilində bir qədər restaylinq olunacağı barədə elan verdi. Düzdür bu çox az olacaq və əsasən bəzək elementlərinə və bəzi erqonomika nüanslarına aid olacaqdır.

Yeni model ilindən etibarən baza variantında “Countryman” bütöv arxa divanla təchiz ediləcək, mərkəzi tonnellə ayrılmış 2 arxa kreslo isə opsiya olacaqdır – düzdür bu kresloların quraşdırılması üçün istehsalçı əlavə pul istəməyəcəkdir.

“Mini Countryman”-in interyeri yeni bəzək variantları, yüngülvari modernləşdirilmiş qabaq konsol (əsasən söhbət ventilyasiya deflektorunun və mərkəzi spidometrin haşiyəyə alınmasından gedir), qapı panelləri və şüşə qaldırma bloku (o sürücünün vərdiş etdiyi yerə - dirsəkaltıya keçirilib) almışdır.

Banın rəng qamması 2 yeni çalar almışdır – “Brilliant Copper” və “Blazing Red” – bununla da krossoverin eksteryerindəki dəyişikliklər məhdudlaşır. Gediş hissəsi və güc aqreqatı modernləşməyə məruz qalmayıblar.

İstehsalçı yaxın bir neçə həftə ərzində yenilənmiş “Mini Countryman”-in qiymətini elan edəcəyini vəd edir, lakin çətin ki, onun qiyməti çox qalxsın.

AUTO.AZ



teqlər:
Mini, Mini Countryman 03.11.2012

Şərhlər


AD