Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

IND tüninq olunmuş BMW M5 F10 təqdim etdi

“IND” tüninq şirkəti bu vaxta qədər “BMW” markalı seriya avtomobillərinin satışdansonra yüngül tamamlanması sahəsində mütəxəssis kimi tanınmışdır. Lakin “SEMA 2012” avtoşousunda Amerika tüneri hamıya avtomobilin tam miqyaslı tamamlanmasına da qadir olduğunu sübut etdi.

Bu dəfə tamaşaçıya axırıncı nəsil “F10” banında “BMW M5” təqdim edildi. “Yüklənmiş” alman sedanı mürəkkəb tüninq-paketlə təmin olunub. Onun hazırlanması üçün tünerlərə 2 ay lazım olub. Yeni paket idman sedanı “BMW M5”-in dizaynının və texniki cəhətdən yaxşılaşdırılmasında yekun tədbirlər daxildir.

Avtomobilin eksteryerinə fərdiliyi karbon lifdən hazırlanmış aerodinamik asma detalları verib. Qabaq bamperə splitter bərkidilmiş, arxa bamperə diffuzor birləşdirilmiş və baqaj hissəyə elə də böyük olmayan spoyler quraşdırılmışdır (bütün detallar “3D Design” şirkətindən alınmışdır).

Çəkini aşağı salmaq üçün karbondan 22 kq yüngülləşdirilmiş dam və 10 kq yüngülləşdirilmiş baqaj örtüyü hazırlanmışdır. Banı ağ “Lamborghini Balloon White” rəngə boyamış və ona kapotdan baqaja qədər bort üzrə aparılmış göy və yaşıl rəngli cizgilər əlavə etmişlər.

Zavoddan çıxan təkərləri qara rəngli 19-düymlük çoxmilli “BBS FI” diskləri əvəz etmiş, onlara qabaqdan 275/35, arxadan 305/30 ölçülərində olan “Falken” şinləri “geyindirilmişdir”. Avtomobilin asmasında 3 mümkün hündürlükdən 1-ni seçməyə imkan verən “KW ClubSport” koyloverləri peyda olmuşdur. “Brembo” əyləc sisteminin apqreydi üçün yeni “CarboTech” əyləc bəndləri quraşdırılmış və “Castrol SRF” əyləc mayesi doldurulmuşdur.

Borulardan təhlükəsizlik karkasının və 6-nöqtəli “Sabelt” təhlükəsizlik remeni olan “Recaro” yürüş oturacaqlarının olduğunu nəzərə alaraq demək olar ki, “IND” atelyesi avtomobili trekdə sürməyi sevənlər üçün hazırlayıb. Bundan əlavə sedanın içində yanğınsöndürən, “3D Design”-dan alüminium pedallar və mərkəzi konsolda əlavə göstəricilər quraşdırılmışdır. Daxili bəzək üçün amerikalılar qara alkantaradan istifadə etmişlər.

560 a.g.-lü, 4,4 litrlik biturbolaşdırılmış V8 mühərrikinə gəldikdə isə, onun üçün üçün hələlik yalnız 4 ədəd 102mm-lik borusonluqları olan “Eisenmann” qazçıxarma sistemi mövcuddur. Bir qədər sonra məhsuldarlığı artırmaq üçün yeni paket təklif olunacaq ki, hal-hazırda onun üzərində “AMS Performance” mütəxəssisləri çalışırlar.

AUTO.AZ



teqlər:
BMW, BMW 5-series, M5, IND, SEMA 2012 02.11.2012

Şərhlər


AD